Azərbaycanın ilk logistik imzası Afrikada: “166 Global Logistics” Efiopiya ilə əməkdaşlığı rəsmiləşdirdi

Azərbaycanın ilk logistik imzası Afrikada: “166 Global Logistics” Efiopiya ilə əməkdaşlığı rəsmiləşdirdi






presstv

"Presstv"az #Azərbaycan, #Efiopiya, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Noyabr ayının 25-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Azərbaycan iş adamlarının iştirakı ilə Afrikada ilk Biznes Forum keçirilib. Tədbir AFAZ-ın (Africa-Azerbaijan Cooperation) təşkilatçılığı və Azərbaycanın Efiopiyadakı səfirliyinin dəstəyi ilə baş tutub və iki ölkə arasında ticarət-investisiya əlaqələrinə yeni dinamika verib.

Forumun açılışında səfir Ruslan Nəsibov, Efiopiya Xarici İşlər Nazirliyinin Biznes Diplomatiyası üzrə baş direktoru Yohannes Fanta, Efiopiya Ticarət və Sahəvi Assosiasiyalar Palatasının vitse-prezidenti Sebsib Abafira Abajobir və Əddis-Əbəbə Ticarət Palatasının baş katibi Meseret Molla Kassahun çıxış ediblər.

Forumun ən önəmli məqamlarından biri “166 Global Logistics”in Afrikada memorandum imzalayan ilk Azərbaycan logistika şirkəti olmasıdır. Şirkət Efiopiyanın yükdaşıma sektorunu təmsil edən “Ethiopian Freight Forwarders” and “Shipping Agents Association” (EFFSAA) ilə əməkdaşlıq memorandumu imzalayaraq logistika və multimodal nəqliyyat sahəsində strateji tərəfdaşlığın əsasını qoyub.

Bundan əlavə, şirkətin nümayəndələri Azərbaycanın Efiopiyadakı səfirliyində səfir Ruslan Nəsibovla görüşərək Efiopiya bazarında planlaşdırılan layihələr və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu addım iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir.

Azərbaycanın ilk logistik imzası Afrikada: 166 Global Logistics Efiopiya ilə əməkdaşlığı rəsmiləşdirdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv