Şotlandiyada qadın nadir xəstəlik səbəbindən gündə üç litr tər tökür

Şotlandiyada qadın nadir xəstəlik səbəbindən gündə üç litr tər tökür






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şotlandiyada nadir xəstəlikdən əziyyət çəkən bir qadın hər gün təxminən üç litr tər ifraz edir.

presstvaz “Unilad” nəşrinə istinadən xəbər verir ki, Darsi Hemiltona şiddətli hiperhidroz diaqnozu qoyulub.

Tibb işçiləri onun vəziyyətini qarşılaşdıqları ən çətin hallardan biri kimi qiymətləndiriblər.

Darsi bildirib ki, problemi ilk dəfə ibtidai sinifdə oxuduğu vaxt yaşıdlarından xeyli çox tərlədiyini görəndə hiss edib. O, vəziyyətini sinif yoldaşlarından gizlətmək üçün məktəbə üç dəst geyim aparırmış. Bundan əlavə, gündə beş dəfə duş qəbul etmək məcburiyyətində qalıb.

Şotlandiyalı qadın məktəbdə davamlı olaraq təzyiqə və zorakılığa məruz qaldığı üçün 14 yaşında məktəbi tərk etməli olub: “Məktəb mənim üçün kabus idi. Məni təhqir edir, çirkli adlandırırdılar. Bu, həyatımda dərin izlər buraxdı”.

O bildirib ki, tər qoltuqlarından belinə qədər axır, bədənində ağrılı səpgilər, qabarcıqlar və xoralar əmələ gəlir. Susuzluğunu təmin etmək üçün isə gündə beş litrə qədər su içir.

“Hiperhidroz – yəni həddindən artıq tərləmə çoxları tərəfindən pis gigiyena ilə əlaqələndirilir. Ancaq bu, bir xəstəlikdir və insanlar bununla yaşamağa məcburdurlar”, – deyə şotlandiyalı qadın vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv