Çox addam ciddiyə almır – Ağır xəstəliklərin əlaməti ola bilər

Çox addam ciddiyə almır – Ağır xəstəliklərin əlaməti ola bilər






presstv

"Presstv"az #Bakteriya, #Depressiya, #Həkim, #Rusiya, #Saç tökülmə, #Saç tökülməsi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kəpəyin yaranması təkcə baş dərisinin qıcıqlanması və ya düzgün şampun seçimindəki səhvlərlə bağlı deyil.

presstvaz xəbər verir ki, bu problem bəzən orqanizmdə daha ciddi proseslərdən xəbər verə bilər.

Bunu açıqlamasında rusiyalı dermatoveneroloq, dosent Marina Gureyeva deyib.

Onun sözlərinə görə kəpəyin ən geniş yayılmış səbəbi seboreyik dermatitin yüngül formasıdır. Bu vəziyyətə isə baş dərisində hər kəsdə olan, lakin bəzi insanlarda sürətlə çoxalmağa başlayan Malassezia tipli göbələklər səbəb olur. Yağlı dəri mühiti həmin göbələklər üçün ideal şərait yaratdığı üçün proses daha da sürətlənir. Lakin həkim vurğulayır ki, göbələklərin çoxalması təkbaşına xəstəliyi yaratmır. Bu mexanizmi gücləndirən faktorlar mövcuddur.

Mütəxəssisin qeyd etdiyi predispozisiya edən səbəblər arasında genetik meyil, psixoloji gərginlik, hormonal və neyroendokrin pozuntular, immun zəiflik, düzgün olmayan saç və dəriyə qulluq, bəzi dərmanların qəbulu da var. Son illərdə aparılan müşahidələr göstərir ki, seboreyik dermatit halları HİV infeksiyası, Parkinson xəstəliyi, alkoqollu pankreatit, hepatit C və uzunmüddətli depressiya fonda daha çox rast gəlinir.

Gureyevanın sözlərinə görə vaxtında müalicə olunmayan kəpək daha ağır dermatit formalarına keçə və baş dərisini bakterial infeksiyalara açıq vəziyyətə sala bilər. Güclü qaşıntı və dərinin cızılması nəticəsində yaranan xırda zədələrdən stafilokokk kimi bakteriyalar daxil olaraq irinli iltihablara səbəb ola bilər. Belə hallarda artıq müalicə daha uzun və çətin olur, hətta saç tökülməsi riski də artır.

Həkim həmçinin bildirir ki, kəpək bəzən psoriaz, qırmızı qurdeşənəyi (lupus), allergik dermatit kimi daha ciddi xəstəliklərin ilkin əlaməti ola bilər.

"Bəzən kəpək sadəcə səthi problem deyil, altında gizlənən prosesin xəbərçisidir. Hormonal dəyişikliklər, xroniki stress, immun sistemindəki zəifləmə və ya autoimmun xəstəliklər də səbəb ola bilər. Ona görə də uzun müddət keçməyən kəpək problemi zamanı dermatoloqa və ya trixoloqa müraciət etmək vacibdir," – deyə Gureyeva vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv