Ağstafa rayonunda üç uşaq anası itkin düşüb: Qızılları da aparıb

Ağstafa rayonunda üç uşaq anası itkin düşüb: Qızılları da aparıb






presstv

"Presstv"az #Ağstafa, #Audi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağstafa rayonunda üç uşaq anası itkin düşüb.

Rayonun Dağkəsəmən kənd sakini Nərgiz Pənah qızı Heydərova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Qadının qayınanası Aidə Heydərova məsələ ilə bağlı Baku TV-yə açıqlama verib.

Onun sözlərinə görə, 35 yaşlı gəlini öz qızı ilə yola getmədiyini bəhanə edərək evi tərk edib:

“Qızı ilə dalaşmağa başlamışdı. Mən də dedim ki, belə etmə. Sən demə evdən getməyə hazırlaşıbmış, bu məsələ sadəcə bəhanə imiş. Paltarını geyinib getdi. Sonra öyrəndim ki, qızılları da aparıb. Daha sonra polislə qayıtdı. Dedim ki, mənə belə gəlin lazım deyil”.

Qonşusu Dostu İsmayılovanın evində qalan Nərgiz ona deyib ki, qayınanası tərəfindən döyülüb və öz qardaşıgilə gedəcək. Lakin bu günə ondan xəbər yoxdur.

Daha ətraflı videomaterialda:

Fotoda itkin düşən Nərgiz Heydərova

Ağstafa rayonunda üç uşaq anası itkin düşüb: Qızılları da aparıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv