İtaliyada qadınlara qarşı cinayətlərə görə cəza ağırlaşdırıldı

İtaliyada qadınlara qarşı cinayətlərə görə cəza ağırlaşdırıldı






presstv

"Presstv"az #Audi, #Haber Global, #Hakim, #İtaliya, #Məhkum, #Qadınlara qarşı zorakılıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyada sağçı koalisiya hökuməti tərəfindən hazırlanmış və qadın cinayətlərinə görə ömürlük həbs kimi ağır cəzanı nəzərdə tutan qanun layihəsi parlamentin aşağı palatası – Nümayəndələr Palatasında yekdilliklə təsdiqlənib.

Bu barədə presstvaz “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Baş nazir Corcia Meloni hökumətinin 8 Mart Beynəlxalq Qadınlar Günündən əvvəl ictimaiyyətə təqdim etdiyi, femisidi (qadınlara qarşı yönəlmiş gender əsaslı, qəsdən öldürmə cinayəti-red.) ayrı bir cinayət kimi müəyyən edən və qadınlara qarşı zorakılıq hərəkətlərinə görə sərt cəzalar nəzərdə tutan qanun layihəsi 25 noyabr Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günündə parlamentdə qüvvəyə minib.

İyul ayında parlamentin yuxarı palatası olan Senatda səsverməyə çıxarılaraq qəbul edilən və yekun təsdiq üçün Nümayəndələr Palatasına göndərilən qanun layihəsi həm hakim partiyadan, həm də müxalifətdən 237 deputatın “lehinə” səsi ilə yekdilliklə qanuniləşib.

Bu düzəliş İtaliya Cinayət Məcəlləsinə femisidə görə cinayətlə bağlı yeni “577-bis” maddəsi əlavəni nəzərdə tutur. Sözügedən maddə qadının sadəcə qadın olduğu üçün nifrət və ya ayrı-seçkilik ehtiva edən hərəkətlərlə və ya hüquqlarını, azadlığını və ya şəxsiyyətini boğmaq niyyəti ilə qətlə yetirilməsi halında cinayətkarın ömürlük həbs cəzasına məhkum edilməsini nəzərdə tutur.

İtaliya KİV-də dərc edilən xəbərlərə görə, Corcia Meloni bu məsələ ilə bağlı açıqlama verərək nəticədən razı qaldığını bildirib.

Qeyd edək ki, mətbuatda dərc olunmuş xəbərlərdə bu ilin 1 yanvar-20 oktyabr tarixlərində ölkədə 85 qadın cinayətinin törədildiyi bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv