KİV: Avropa ölkələri Ukraynaya maliyyə yardımı üçün yeni plan hazırlayırlar

KİV: Avropa ölkələri Ukraynaya maliyyə yardımı üçün yeni plan hazırlayırlar






presstv

"Presstv"az #Audi, #Avropa, #Belçika, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa ölkələri Ukraynaya maliyyə yardımı ayırmaq üçün yeni plan hazırlayır.

presstvaz xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqının (Aİ) liderləri Kiyevi maliyyələşdirmək üçün istifadə edilən dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması ilə bağlı razılığa gələ bilməyəcəkləri təqdirdə, 2026-cı ilin əvvəlində yeni planı həyata keçirməyi düşünürlər.

Qeyd olunur ki, Aİ liderləri oktyabr sammitində Ukraynaya 140 milyard avroluq “təzminat krediti” vermək üçün Moskvanın dondurulmuş aktivlərindən istifadə təklifi ilə razılaşacaqlarına ümid edirdilər. Lakin bu ideyaya fondların yerləşdiyi Belçikanın baş naziri Bart de Veverin ciddi müqavimət göstərib. O, Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı ciddi risklərdən narahatdır.

Bunu nəzərə alaraq, Brüsseldəki ekspertlər dekabrın 18-də Aİ liderlərinin sammitində “təzminat krediti” təklifinin hazır olmadığı halda Ukraynaya kömək etmək üçün təcili olaraq yeni təşəbbüslər hazırlayır. Aİ rəsmiləri bildiriblər ki, bu vəsait Ukraynanın 2026-cı ilin ilk aylarında “ayaqda qalmasına” kömək edəcək.

Nəşr qeyd edir ki, belə bir planın hazırlanması yaxın günlərdə başa çata bilər. Bununla belə, uzunmüddətli perspektivdə Aİ “təzminat krediti”nə alternativin olmadığına inanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv