Ələt Azad İqtisadi Zonası ilə bağlı fərmana dəyişiklik edildi

Ələt Azad İqtisadi Zonası ilə bağlı fərmana dəyişiklik edildi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #Nazirlər Kabineti, #Qaradağ rayonu, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev “Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

presstvaz President.az-a istinadən xəbər verir ki, dəyişikliklə fərmana 5 nömrəli əlavə – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsinin inzibati ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt Azad İqtisadi Zonasına ayrılması nəzərdə tutulan (V hissə) 1453.09 hektar torpaq sahəsinin yerquruluşu planı” əlavə edilir.

Eyni zamanda, dəyişikliklə həmin əlavə Nazirlər Kabineti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun alınması istiqamətində zəruri tədbirlər görərkən və yerquruluşu planlarında göstərilmiş torpaqların Azad Zona səlahiyyətli qurumuna birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə verilməsi barədə təkliflərini müvafiq yerquruluşu planları ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edərkən nəzərə alınacaq.

Həmçinin Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv