Ani baş verən yanğınlardan özümüzü necə qoruyaq? – Ekspert AÇIQLADI

Ani baş verən yanğınlardan özümüzü necə qoruyaq? – Ekspert AÇIQLADI






presstv

"Presstv"az #Elektrik cərəyanı, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son zamanlar ardıcıl yanğınların baş verməsi insanların təhlükəsizlik və ilkin yardımı ilə bağlı sualları gündəmə gətirir. 

Bəs ilkin yardım necə olmalıdır?

presstvaz xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, yanğın baş verən anlarda insanların panikaya düşməsi vəziyyəti daha da ağırlaşdırır, buna görə də ilkin müdaxilə qaydalarını bilmək həyati əhəmiyyət daşıyır.

“Yanğın zamanı ilk olaraq hadisə yerindən təhlükəsiz məsafəyə çəkilmək və təcili olaraq “112” xidmətinə məlumat vermək lazımdır. Əgər yanğın kiçik həcmdədirsə və alov genişlənməyibsə, onu oddan qoruyan sadə vasitələrlə su, qum və ya yanğınsöndürən balon vasitəsilə söndürmək mümkündür. Yanğın tüstüsü sürətlə yayıldığı üçün otaqdan çıxarkən bədən mümkün qədər yerə yaxın saxlanılmalı və ağız-burun yaş parça ilə örtülməlidir. Elektrik cihazlarının alışdığı hallarda suyun istifadəsi təhlükəlidir və yalnız elektrik cərəyanı tam kəsildikdən sonra müdaxilə edilməlidir”.

Ekspert qeyd edib ki, yanğın zamanı liftdən istifadə etmək olmaz və insanların pilləkənlərlə təxliyə olunması uyğundur. Yanğınsöndürmə xidmətinin gəlib çıxmasına qədər doğru addımlar atmaq həm şəxsi təhlükəsizliyi, həm də yanğının böyüməməsini təmin edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv