Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu həbs edildi

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu həbs edildi






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hakim, #Kuba, #Qırğızıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin oğlu və bir neçə keçmiş deputat həbs edilib.

presstvaz xəbər verir ki, bu barədə 24.kg məlumat yayıb.

Bildirilir ki, saxlanılanlara qarşı kütləvi iğtişaşlarla əlaqədar cinayət işi açılıb.

Məhkəmə tərəfindən həbs edilmişlər arasında Qırğızıstanın sabiq prezidentinin oğlu Kadırbek Atambayev, habelə Qırğızıstan parlamentinin sabiq deputatları Ermek Ermatov, Kubanıçbek Kadırov və biznesmen Urmat Barıktabasov var. Onların hamısı yanvarın 17-dək istintaq təcridxanasına yerləşdiriliblər.

Bundan əlavə, Kadırbek Atambayev məlumat verib ki, ona qarşı hakimiyyəti zorla devirməyə cəhd kimi daha ağır maddə ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, daha əvvəl Qırğızıstan DİN Joqorku Keneşə (parlament) seçkidən sonra kütləvi iğtişaşlar hazırlayan cinayətkar qrupun üzvlərinin saxlanılması barədə məlumat yayıb.

İstintaqın versiyasına görə, qrupa siyasi xadimlər, keçmiş deputatlar, sabiq dövlət qulluqçuları, habelə təxribatlar və silahlı qarşıdurma üçün tərəfdarlar, o cümlədən mütəşəkkil cinayətkar qrupları və idman icmalarını cəlb edən güc strukturlarının əməkdaşları daxildir.

“Saxlanılanlar seçkilərin nəticələri açıqlandıqdan sonra əvvəlcə ölkənin cənubunda, daha sonra Bişkekdə və vilayətlərdə kütləvi narazılıq görüntüsü yaradan mitinqlər planlaşdırırmışlar.

Onların planına konstitusiyaya zidd çağırışlar, habelə inzibati binaların, televiziya kanallarının, güc strukturları obyektlərinin, silah və penitensiar sistem müəssisələrinin ələ keçirilməsi daxil olub”, – deyə DİN-dən bildiriblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv