Çin-Yaponiya münasibətlərinin gərginləşməsi səbəbindən 12 marşrut üzrə uçuşlar ləğv edildi

Çin-Yaponiya münasibətlərinin gərginləşməsi səbəbindən 12 marşrut üzrə uçuşlar ləğv edildi






presstv

"Presstv"az #Audi, #Aya uçuş, #Çin, #Hakim, #Müharibə, #Tayvan, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Aviadaşıyıcılar Pekin və Tokio arasında münasibətlərin gərginləşməsi fonunda Çin və Yaponiyanı birləşdirən 12 hava marşrutu üzrə sərnişinlərə xidməti dayandırıblar.

presstvaz xəbər verir ki, bu barədə “Pengpai” nəşri DAST (Dynamic Application Security Testing) turizm servisinə istinadla məlumat yayıb.

Reysləri ləğv edilmiş istiqamətlər arasında Çindən Yaponiyanın Naqoya, Fukuoka, Sapporo və Osaka şəhərlərinə uçuşlar var. Bir çox istiqamətlərdə ləğv edilmiş reyslərin sayı artır. Məsələn, Tyantszindən Osakanın yaxınlığındakı Kansay aeroportu istiqamətindəki marşrut üzrə planlaşdırılan uçuşların 65%-i, Nankindən Kansaya uçuşların 59.4%-i, Quançjoudan isə 31.3%-i ləğv edilib.

Daha əvvəl Yaponiyanın Baş naziri Sanae Takaiçi parlament müzakirələri zamanı bildirib ki, Tayvan ətrafında baş verə biləcək hərbi böhran “ekzistensial təhdid” olacaq və bu da Yaponiyanı “kollektiv özünümüdafiə hüququnu” işə salmağa məcbur edə bilər. Bu, Pekinin kəskin narazılığına səbəb olub və Tokioya ciddi irad bildirilib.

ÇXR-in Osakadakı baş konsulu Syue Tszyan özünün sosial media səhifəsində Yaponiyanın baş nazirini “başının kəsiləcəyi” ilə hədələyib, lakin sonradan bu postunu silib. Daha sonra Çin XİN həmvətənlərini Yaponiyaya səfərdən çəkinməyə çağırıb.

Tayvan Çan Kayşinin (1887-1975) başçılıq etdiyi Qomindan qüvvələrinin vətəndaş müharibəsində məğlub olduqdan sonra onların qalıqlarının Tayvana qaçdıqları 1949-cu ildən etibarən öz administrasiyası tərəfindən idarə olunur. O vaxtdan bəri Taybey Çinin kommunistlər hakimiyyətə gəlməzdən əvvəl materikin ərazisində mövcud olmuş bayrağını və bəzi digər atributlarını qoruyub saxlayır. Pekinin dünyanın bir çox ölkələri tərəfindən dəstəklənən rəsmi mövqeyinə görə, Tayvan ÇXR-in regionlarından biridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv