Avropa liderlərindən Ukraynadakı münaqişənin həlli üçün 24 maddəlik təklif – TAM MƏTN

Avropa liderlərindən Ukraynadakı münaqişənin həlli üçün 24 maddəlik təklif – TAM MƏTN






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Almaniya, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #dənizdə, #Fransa, #Humanitar yardım, #Kiyev, #Münaqişə, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa liderləri Ukraynadakı münaqişənin həlli üçün 24 maddəlik razılaşma təklif ediblər.

presstvaz xəbər verir ki, bu barədə Britaniyanın “Telegraph” qəzeti məlumat yayıb.

Təklifin bütün punklarını əhatə edən tam mətni aşağıdakı kimidir:

1. Münaqişə bitdikdən sonra davamlı sülh və təhlükəsizlik üçün tədbirlər görüləcək.

2. Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə riayət etməyi öhdələrinə götürürlər.

3. Moskva və Kiyev dərhal atəşkəsin üçüncü tərəflərin iştirakı ilə monitorinqi üzrə danışıqlara başlayacaqlar.

4. ABŞ-nin rəhbərlik etdiyi Ukraynanın müttəfiqləri atəşkəsi izləyəcəklər – monitorinq əsasən peyklər, dronlar və digər vasitələrdən istifadə etməklə uzaqdan həyata keçiriləcək.

5. Tərəflərin atəşkəs pozuntuları barədə məlumat verə və vəziyyəti düzəltmək üçün tədbirləri müzakirə edə biləcəyi bir mexanizm yaradılacaq.

6. Rusiya bütün köçkün ukraynalı uşaqları geri qaytaracaq; Proses beynəlxalq tərəfdaşlar tərəfindən izləniləcək.

7. Moskva və Kiyev “hamının hamıya” prinsipi ilə hərbi əsirləri dəyişdirəcək; Rusiya həbsdə olan bütün mülki şəxsləri azad edəcək.

8. Hazırkı təmas xətti boyunca ərazi mübadiləsi danışıqları aparılacaq.

9. Davamlı atəşkəs əldə edildikdən sonra münaqişə tərəfləri ailə üzvlərinin təmas xətti boyunca səyahətləri də daxil olmaqla, humanitar yardım göstərmək üçün tədbirlər görəcəklər.

10. Ukraynanın suverenliyi təsdiqlənir; Heç kim Kiyevi neytrallığı qorumağa məcbur etmir.

11. Ukrayna NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər şəkildə, o cümlədən ABŞ-dən hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri alır.

12. Ukrayna Silahlı Qüvvələrinə və ya Ukraynanın müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmur.

13. Bir qrup Avropa ölkələri və digər maraqlı dövlətlər Kiyevin təhlükəsizliyinin qarantı kimi çıxış edəcəklər; Ukrayna öz ərazisində müttəfiq qüvvələrini yerləşdirmək hüququna malikdir.

14. Ukraynanın NATO-ya daxil olması bütün ittifaq üzvlərinin razılığı ilə mümkündür.

15. Ukrayna Avropa İttifaqına qoşulur.

16. Ukrayna nüvə silahı olmayan dövlət olaraq qalır.

17. Ərazi məsələləri Rusiya ilə müzakirə olunacaq və tam atəşkəsdən sonra həll ediləcək.

18. Ərazi məsələləri razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna onları zorla dəyişdirməməyi öhdələrinə götürürlər.

19. Ukrayna ABŞ-nin iştirakı ilə Zaporojye Atom Elektrik Stansiyası və Kaxovka Su Elektrik Stansiyası üzərində nəzarəti bərpa edəcək, nəzarətin ötürülməsi üçün mexanizm yaradılacaq.

20. Kiyev Dnepr çayı boyunca maneəsiz keçid və Kinburn burnu üzərində nəzarət əldə edəcək.

21. Kiyev və tərəfdaşları məhdudiyyətlər olmadan iqtisadi əməkdaşlıq edəcəklər.

22. Ukrayna tam bərpa olunacaq və Rusiya aktivlərindən maliyyə kompensasiyası alacaq. Rusiya aktivləri Ukraynaya dəyən ziyanı kompensasiya edənə qədər dondurulmuş qalacaq.

23. Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra tədricən yumşaldıla bilər və sülh müqaviləsinin pozulması halında bərpa edilə bilər.

24. Avropa təhlükəsizliyi ilə bağlı danışıqlar bütün ATƏT ölkələrinin iştirakı ilə başlayacaq.

Avropa liderlərindən Ukraynadakı münaqişənin həlli üçün 24 maddəlik təklif - TAM MƏTN

Avropa liderlərindən Ukraynadakı münaqişənin həlli üçün 24 maddəlik təklif - TAM MƏTN

21:40

Cenevrə danışıqları zamanı Andrey Yermakın rəhbərlik etdiyi Ukrayna nümayəndələri Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Zautter ilə görüşüblər.

presstvaz “Reuters”ə istinadən xəbər verir ki, bu görüş ABŞ ilə məsləhətləşmələrdən əvvəl baş tutub.

Danışıqlar nəticəsində Ukrayna və Avropa ölkələri Vaşinqtonun planına daxil edilməsi üçün düzəlişlər hazırlayıblar:

Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər veriləcək;

Ukrayna yalnız mövcud təmas xətti boyunca atəşkəsdən sonra ərazi mübadiləsi danışıqları aparacaq;

Kiyev ərazi güzəştləri tələblərini qəbul etməyəcək;

Dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kompensasiya ödəniləcək;

Rusiyaya qarşı sanksiyalar tədricən ləğv ediləcək;

Ukrayna Silahlı Qüvvələrinin ən azı 800 min nəfərlik heyəti saxlanılacaq; Ukraynanın NATO-ya daxil olmaq qərarı alyansın üzvlərinin konsensusundan asılı olacaq;

NATO sülh dövründə Ukrayna ərazisində qoşunlarını daimi yerləşdirməyəcək;

Ukrayna sülh müqaviləsinin imzalanmasından qısa müddət sonra seçki keçirəcək.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov vurğulayıb ki, Kiyevin hazırkı təklifləri tam olmasa da, bir çox Ukrayna prioritetlərini əhatə edir.

13:48

Rusiya və Ukrayna arasında sülh nizamlanmasının Avropa variantı Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutmur.

presstvaz bildirir ki, bu barədə “The Washington Post” nəşri əldə olunan sənədin surətinə istinadən xəbər verir.

Avropa İttifaqı (Aİ) liderləri öz layihələrini ABŞ-nin təqdim etdiyi 28 bəndlik plana cavab olaraq hazırlayıblar. Həmin planının bəndlərindən biri Ukrayna ordusunun sayının 600 min nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutur.

Nəşr Avropa planının digər müddəalarına da yer verib. Buna əsasən, Ukrayna Zaporojye Atom Elektrik Stansiyasına (AES) və Kaxovka Su Elektrik Stansiyasına (SES) nəzarəti bərpa edəcək.

Bundan başqa, Ukrayna Dnepr çayı boyunca “maneəsiz keçid” və Kinburn dili üzərində nəzarət əldə edəcək (Kinburn yarımadasında Dnepr-Buq limanı ilə Yaqorlitski körfəzi arasında yerləşən quru zolağı, 2022-ci ilin yayından Rusiya qüvvələrinin nəzarəti altındadır), digər ərazi məsələləri isə atəşkəsdən sonra həll ediləcək.

ABŞ isə təklif edir ki, Zaporojye AES Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında fəaliyyətə başlasın və istehsal olunan elektrik enerjisi Rusiya və Ukrayna arasında 50:50 nisbətində bölünsün.

ABŞ-nin planına əsasən, Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq, Xerson və Zaporojye vilayətlərində sərhədlər isə təmas xətti üzrə “dondurulmuş” şəkildə qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv