Gündə neçə fincan qəhvə təhlükəsizdir? – Həkim xəbərdarlığı

Gündə neçə fincan qəhvə təhlükəsizdir? – Həkim xəbərdarlığı






presstv

"Presstv"az #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Orqanizmdə kofeinin həddindən artıq toplanması koronar arteriyanın daralmasına və nəticədə miokard infarktına səbəb ola bilər.

presstvaz xəbər verir ki, kofein qısa müddətdə arterial təzyiqi yüksəldir. Bu xüsusilə hipertoniyası və aterosklerozu olan şəxslər üçün təhlükəlidir, çünki onların ürək-damar sisteminə əlavə yük düşür. Belə vəziyyət tromb əmələ gəlməsinə və damar tutulmasına yol aça bilər.

Kofein eyni zamanda damar spazmına səbəb ola bilər. Bu xüsusilə aterosklerozdan zədələnmiş koronar arteriyalarda qan axınının kəskin azalmasına gətirib çıxara bilər. Həmçinin, kofeinin artıq qəbulu sinir sistemini stimullaşdıraraq ürək ritminin pozulmasına səbəb ola bilər.

Belə proseslər ürək əzələsinin oksigen tələbatını artırır və işemiya yaradır ki, bu da infarkt riskini yüksəldir. Kofein əlavələri, energetik içkilər və bəzi dərmanlar xüsusilə təhlükəlidir, çünki onların dozasına nəzarət etmək çətindir və bəzi antibiotiklər, antidepresantlar kofeinin parçalanmasını ləngidir.

Sağlam insanlar üçün təhlükəsiz gündəlik kofein miqdarı 400 milliqrama qədərdir, yəni təxminən 3-5 fincan qəhvəyə bərabərdir. Ürək-damar problemi olan şəxslər isə kofein qəbulunu mütləq həkimlə məsləhətləşməlidirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv