“Sülh Körpüsü” Təşəbbüsünün üzvü: “Bakıdakı görüş nəticəyönümlü oldu, konkret razılıqlar əldə edildi”

“Sülh Körpüsü” Təşəbbüsünün üzvü: “Bakıdakı görüş nəticəyönümlü oldu, konkret razılıqlar əldə edildi”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıdakı görüşündə iki ölkə arasında normallaşma, sülh prosesi barədə fikir mübadiləsi aparılıb, mövcud vəziyyətlə bağlı müzakirələr olub”.

presstvaz xəbər verir ki, bu barədə “Report”a Milli QHT Forumu İdarə Heyətinin sədri, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin təmsil olunduğu “Sülh Körpüsü” Təşəbbüsünün üzvü Ramil İskəndərli bildirib.

O qeyd edib ki, tərəflər Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqun bərpasında rolu, yaxın gələcəkdə məhz bu rolun həyata keçirilməsi və icra olunacaq birgə fəaliyyətləri müzakirə ediblər. Həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual məsələlər barədə də fikir mübadiləsi aparılıb.

R.İskəndərlinin sözlərinə görə, görüşdə media sahəsində əlaqələrin qurulmasının intensivləşdirilməsi barədə razılıq əldə olunub.

“Eyni zamanda, müxtəlif sahələr üzrə fəaliyyət göstərən ekspertlər arasında birbaşa əlaqələr qurulacaq. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin məlumatlandırılması, onların bu prosesə cəlb olunması mexanizmləri, eləcə də “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə qərar verilib. Bu görüşün əsas fərqli cəhəti odur ki, nəticəyönümlü oldu və konkret razılıqlar əldə edildi”, – “Sülh Körpüsü” Təşəbbüsünün üzvü vurğulayıb.

Xatırladaq ki, noyabrın 21-22-də “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdə olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv