Ekofəallar Venesiya sularını yaşıla boyadılar

Ekofəallar Venesiya sularını yaşıla boyadılar






presstv

"Presstv"az #Audi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Extinction Rebellion” ətraf mühit hərəkatının fəalları Venesiyada daha bir etiraz aksiyası keçirərək, Böyük Kanala boya töküb və suyu parlaq yaşıl rəngə boyayıblar.

presstvaz xəbər verir ki, bu barədə ANSA məlumat verib.

Məlumata görə, Rialto körpüsündəki etiraz aksiyasında isveçli ətraf mühit fəalı Qreta Thunberq də iştirak edib.

Veneto regional qubernatoru Luka Dzaya hadisəni pisləyərək, onu şəhərin mədəni irsinə daha bir hücum adlandırıb. Onun sözlərinə görə, bu cür hərəkətlər ətraf mühitin qorunmasına kömək etmir, əksinə ona mənfi təsir edir və Venesiyaya zərər verir, təmizləmə işlərini məcburi edir.

Bildirilir ki, polis bir neçə etirazçını tutub, onların musiqi alətlərini və bannerlərini müsadirə edib.

Xatırladaq ki, bu, Venesiyada baş verən ilk belə hadisə deyil. Oxşar aksiya 2023-cü ilin may ayında da baş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv