Türkiyənin ən bahalı tarixi malikanəsi satışa çıxarıldı

Türkiyənin ən bahalı tarixi malikanəsi satışa çıxarıldı






presstv

"Presstv"az #Ailə, #Audi, #DNT, #Haber Global, #Hakim, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə İstanbul boğazının ən möhtəşəm tikililərindən biri hesab edilən tarixi Zeki Paşa malikanəsi satışa çıxarılıb.

presstvaz bu barədə “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, İstanbul boğazının ən unikal nöqtəsində yerləşən 130 illik monumental Zeki Paşa malikanəsinin sahibi trabzonlu ailədir. Malikanənin ən tanınmış varisinin isə Meliha Baştımar olduğu qeyd edilir.

Bildirilir ki, 23 otaq, beş qonaq, səkkiz vanna otağı olan tikili uzun illərdir Türkiyənin lüks daşınmaz əmlak bazarında xüsusi yer tutur.

Boğaz xəttində yerləşən digər malikanələr iki milyarddan (80 milyon manatdan çox) altı milyard türk lirəsinə (240 milyon manatdan çox) qədər qiymətlərlə satıldığı halda, mütəxəssislər Zeki Paşa malikanəsini “əvəzsiz” (“qiyməti olmayan”) kimi dəyərləndirirlər.

İstanbulun Sarıyer rayonunun Rumelihisarı məhəlləsində, Fatih Sultan Mehmet körpüsünün düz yanında yerləşən tarixi tikili dövrün məşhur memarı Aleksandr Vallauri tərəfindən Sultan II Əbdülhəmidin hakimiyyətinin nazirlərindən olan, “Filinta Mustafa” kimi tanınan Tophane marşalı Zeki Paşa üçün inşa edilib.

Barokko təsirlərini özündə ehtiva edən və qalaya bənzəyən xətləri ilə diqqət çəkən malikanə, həmçinin ən görkəmli memarlıq tikililərindən hesab olunur.

Beşmərtəbəli tikili həm dəniz tərəfdən, həm də geniş həyətindən giriş planı ilə diqqət çəkir.

Vurğulanır ki, Zeki Paşa malikanəsi, sadəcə, bir mülk deyil, həmçinin İstanbulun tarixi, memarlıq və mədəni irsini özündə cəmləşdirən dəyərli bir tikili kimi seçilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv