Azərbaycanda breketə görə əsgərlikdən möhlət verilir? – RƏSMİ CAVAB

Azərbaycanda breketə görə əsgərlikdən möhlət verilir? – RƏSMİ CAVAB






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Həkim, #Nazirlər Kabineti, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər Azərbaycanda breket istifadəsi gənclər arasında sürətlə populyarlaşıb. Estetik görünüşə marağın artması, sosial şəbəkələrdə “ideal gülüş” meylinin güclənməsi və stomatoloji xidmətlərin daha əlçatan olması bu tendensiyanı genişləndirən əsas səbəblərdəndir.

Bu mövzu ilə bağlı diqqətçəkən məqam isə breket taxan oğlanların hərbi xidmətdən möhlət almasıdır.

presstvaz Modern.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.

Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsindən bildirilib ki, breket taxılması faktı özlüyündə möhlət hüququ yaratmır. Möhlət yalnız müəyyən tibbi göstəricilər əsasında tətbiq olunur:

“Həzm orqanlarının xəstəlikləri üzrə: çağırışçılar çənə anomaliyalarının breketlə müalicəsi zamanı ortoqnatik dişləm vəziyyətindədirlərsə, onların tibbi şəhadətləndirilməsi yalnız bir dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 51 “d” maddəsinin I qrafasına əsasən “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilirlər”, – məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv