Leyla, Arzu və Alyona Əliyevalar Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

Leyla, Arzu və Alyona Əliyevalar Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar






presstv

"Presstv"az #Alyona Əliyeva, #Arzu Əliyeva, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #İlham Əliyev, #Leyla Əliyeva, #Lənkəran, #Media Mərkəzi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər.

presstvaz xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley”in yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul etdiyini bildirib.

Burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.

Leyla, Arzu və Alyona Əliyevalar fermer təsərrüfatında yaradılan şəraitlə yaxından tanış olub, məhsullara baxış keçirib, burada çalışan əməkdaşlarla səmimi söhbət edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda təsərrüfatın kollektivi ilə xatirə foto şəkilləri çəkdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv