Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir

Evlərini kirayə verənlər üçün vergi dərəcəsi endirilir






presstv

"Presstv"az #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Milli Məclis fiziki şəxslərin kirayə verdiyi mənzillərdən götürdüyü gəlir üzrə vergi dərəcəsini azaldıb.

presstvaz xəbər verir ki, yeni dəyişikliklərə əsasən, fiziki şəxslərin yaşayış sahələrini (mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla) digər fiziki şəxslərə kirayəyə verməsindən əldə etdiyi gəlirlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaq.

Əvvəlki qanunvericilikdə kirayə gəlirindən 14 faiz vergi tutulurdu. Yeni dəyişikliklə bu göstərici 10 faizə endirilib.

Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə vergini kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti ödəyəcək və bəyannamə təqdim edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv