Əhməd Cavadın nəticəsi türkiyəli yazıçı Zülfü Livaneliyə cavab verdi: “Onun tarixdən xəbəri yoxdur”

Əhməd Cavadın nəticəsi türkiyəli yazıçı Zülfü Livaneliyə cavab verdi: “Onun tarixdən xəbəri yoxdur”






presstv

"Presstv"az #Audi, #Livan, #Qara dəniz, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türkiyənin tanınmış insanının dəqiqləşdirilməmiş bir xəbər yayması məni təəssüfləndirir. Məncə, Zülfü Livaneli tarixi yaxşı oxumalıdır. Onun səsləndirdiyi fikrin heç bir tarixi əsası yoxdur. “Çırpınırdı Qara dəniz” şeirinin yaranması dövrün tələbi idi”.

presstvaz xəbər verir ki, bu sözləri Əhməd Cavadın nəticəsi Cavad Axundzadə bildirib.

“Sayat Nova 18-ci əsrdə yaşayıb. Həmin vaxtda da belə bir şeir yarana bilməzdi. Dövrün siyasi-ictimai ab-havası başqa idi. Şeirin yazılma tarixi var. Burada qeyri-adi məntiq axtarmaq lazım deyil. Bu bir türkün qəhrəmanlıq dastanıdır.

XVIII əsrdə türkçülük ideologiyası yox idi. Bu hərəkatın yaranması və inkişafı XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. Şeir təpədən-dırnağa qədər türklük məfkurəsi ilə bağlıdır. Ulu babam Türkiyəni çox sevirdi. Turançılıq ideologiyası uğrunda mübarizə aparırdı və bu yolda da şəhid oldu”, – deyə o qeyd edib.

Xatırladaq ki, Z.Livanelli özünün “YouTube” kanalında yayımladığı podkastında şair Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirinin müəllifliyinin erməniəsilli aşıq Sayat Novaya aid olduğunu iddia edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv