Gürcüstanda qəzaya uğrayan “C-130” təyyarəsi partladılıb? – Türkiyə Jandarm Kriminal Laboratoriyasının hesabatı

Gürcüstanda qəzaya uğrayan “C-130” təyyarəsi partladılıb? – Türkiyə Jandarm Kriminal Laboratoriyasının hesabatı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #Gürcüstan, #Hadisə, #Mətbuat konfransı, #təyyarə, #Türkiyə, #Türkiyə Milli Müdafiə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Jandarm Kriminal Laboratoriyası Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan “C-130” hərbi yük təyyarəsi ilə bağlı hesabat hazırlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Sabah” qəzetində dərc edilən materialda məlumat verilib. Hesabatda müəyyən edildiyinə görə, hadisədə partlayıcı maddə izlərinə rast gəlinməyib.

Həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri və nazirlik sözçüsü, kontr-admiral Zeki Aktürk son bir həftə ərzində görülən işlərə dair keçirilən mətbuat konfransı zamanı qəza üzrə istintaqın son vəziyyəti ilə bağlı açıqlama verib.

“Hərbi yük təyyarəmizin qara qutusunun TUSAŞ müəssisələrində araşdırılması və qəzanın nəticələrinin aradan qaldırılması üzrə qrupumuzun hadisə yerində yoxlama işləri davam edir. Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridə yerləşən 2-ci Hava Texniki Xidmət Zavodu İdarəsində ətraflı araşdırılacaq. Ətraflı araşdırmanın nəticələri ictimaiyyətlə paylaşılacaq. Rəsmi açıqlamalarımızdan kənar dərc olunan xəbərə və şərhlərə etibar olunmaması əhəmiyyət kəsb edir”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv