Nazir: “Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb”

Nazir: “Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Emin Əmrullayev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Aparılan ölçmələr ibtidai sinfin sonunda şagirdlərin 40-50 faizinin V-VI sinif səviyyəsindəki məzmunu qavramağa hazır olmadığını göstərir”.

presstvaz xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət mərkəzi” verilişində çıxışı zamanı bildirib.

O, ibtidai təhsil üzrə vəziyyətin narahatedici olduğunu bildirib.

E.Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırma imtahanlarının nəticələri də bu tendensiyanı təsdiqləyir: “Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb”.

Nazir bunun səbəblərindən birinin ibtidai təhsilin məzmunundakı sistemli problemlər olduğunu deyib.

Onun sözlərinə görə, ibtidai təhsil Azərbaycanda hələ də yalnız bir müəllimin tədris etdiyi “başlanğıc sinif” kimi qəbul edilir, halbuki bu mərhələ uşaqlar üçün əsas baza təhsilini formalaşdırmalıdır.

Nazir şagirdlərdə xüsusilə oxuyub-anlama bacarıqlarının inkişafında çətinliklərin olduğunu bildirib və mövcud yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb:

“Biz artıq “uşaq bir dəqiqədə neçə söz oxuyur” meyarından imtina edib, “uşaq oxuduğunu dərk edirmi” sualına yönəlməliyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv