“Haber Global”: “SDQ yeni hücuma keçdi, Suriya qarışdı”

“Haber Global”: “SDQ yeni hücuma keçdi, Suriya qarışdı”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dəməşq, #Haber Global, #Suriya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Suriya PKK-sı SDQ ölkəni qarışdırmağa davam edir”.

presstvaz-ın xəbərinə görə, bu barədə “Haber Global” “YouTube” kanalının hazırladığı videosüjetdə bəhs edilir.

Materialda bildirilir ki, 10 martda imzalanan razılaşmaya əməl etməyən və Dəməşqə inteqrasiya üçün konkret addımlar atmayan terror təşkilatı yenidən Suriya ordusuna hücum edib.

“Suriya dövlət televiziyasının məlumatına görə, terrorçular Rəqqadakı Suriya ordusunun mövqelərini hədəf alıblar. Hücumdan sonra başlayan şiddətli toqquşmalar zamanı Suriya ordusu SDQ mövqelərinə artilleriya atəşi ilə cavab verib.

Terror təşkilatının hücumu nəticəsində bir neçə Suriya əsgəri həlak olub. Ötən həftə də Rəqqada Suriya ordusu ilə SDQ arasında toqquşmalar baş vermişdi.

10 martda SDQ ilə Suriya hökuməti arasında terror təşkilatının Dəməşqə inteqrasiyası ilə bağlı müqavilə imzalanmışdı.

Lakin terror təşkilatı o vaxtdan bəri prosesi pozub və heç bir konkret addım atılmayıb. SDQ ilə Suriya ordusu arasında ötən ay Hələbdə şiddətli toqquşmalar baş verib. Terrorçular Şeyx Maqsud və Əşrəfiyyə məhəllələrində Suriya qüvvələrinə və mülki əhaliyə atəş açıblar. Toqquşmalarda bir Suriya əsgəri həlak olub. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın müdaxiləsi ilə atəşkəsə nail olunub”, – deyə materialda bildirilib.

Daha ətraflı videosüjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv