Türkmənistanın səfiri Əli Əsədova məktub ünvanlayıb

Türkmənistanın səfiri Əli Əsədova məktub ünvanlayıb






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Əli Əsədov, #Hadisə, #Nazirlər Kabineti, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Q.Elyasov “Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycan Respublikasının tamhüqüqlu iştirakı haqqında” qərar münasibətilə Baş nazir Əli Əsədova məktub ünvanlayıb.

presstvaz xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Həmin məktubda səfir sözügedən qərar münasibətilə Baş naziri təbrik edib:

“Bu qərar şübhəsiz ki, tarixi miqyaslı bir hadisədir. O, Mərkəzi Asiyanın və Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkana çevrilməsini, beləliklə, xalqlarımızın və dövlətlərimizin qardaşlıq, mehriban qonşuluq, bərabərlik və əməkdaşlığa əsaslanan güclü birliyini, tarixi taleyimizin ayrılmaz və bölünməz olduğunu mütləq şəkildə anlamasını qeyd edir.

Bildiyiniz kimi, bu ilin avqust ayında Avaza Milli Turizm Zonasında keçirilən Dənizə Çıxışı olmayan İnkişaf Etməkdə olan Ölkələr üzrə Üçüncü BMT Konfransı zamanı Türkmənistanın təklifi ilə Mərkəzi Asiya Dövlət Başçılarının fövqəladə Məşvərət Görüşü təşkil edildi. Məhz bu görüşdə Türkmənistan Azərbaycanın Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qoşulmasını və bununla da bu formatda əsas iştirakçıya çevrilməsini, əlaqələrini daha da gücləndirməsini və qardaş xalqlar ailəsinə hərtərəfli inteqrasiyasını təklif etdi.

Əminəm ki, qardaş Azərbaycanın siyasi nüfuzu, nəhəng resurs, sənayə və texnoloji potensialı, mədəni humanitar sahələrdəki nailiyyətləri nəzərə alınmaqla, Məşvərət görüşlərinə qoşulması ölkələrimizin və xalqlarımızın hərtərəfli yaxınlaşmasında müəyyənedici elementə, regional və beynəlxalq inkişafdakı müasir tendensiyalarda fəal iştiraka stimul verəcək. Qlobal koordinat sistemində layiqli rolunu və yerini dərk edən və məqsədlərinə birgə çatmağa hazır olan məsuliyyətli, birləşmiş tərəfdaşlar kimi Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın qlobal səhnədə rolunun və çəkisinin artmasına səbəb olacaq.

Bir daha səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv