Xidmət rəsmisi: “Qlobal internetdə kəsintilər Azərbaycanda dövlət informasiya ehtiyatlarına təsir edə bilməz”

Xidmət rəsmisi: “Qlobal internetdə kəsintilər Azərbaycanda dövlət informasiya ehtiyatlarına təsir edə bilməz”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son üç ildə Azərbaycanda 457-dən çox dövlət qurumunun şəbəkə təhlükəsizliyi “Azstate” şəbəkəsinə keçirilməklə onların lokal mühafizəsi təmin olunub.

presstvaz APA-ya istinadən xəbər verir ki, bunu Bakıda kibertəhlükəsizlik mövzusunda keçirilən tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

Xidmət rəsmisi: Qlobal internetdə kəsintilər Azərbaycanda dövlət informasiya ehtiyatlarına təsir edə bilməz

O qeyd edib ki, Azərbaycanın bu lokal mühafizə siyasəti təkcə internet resursları ilə məhdudlaşmır:

“Bu, xüsusi rabitə və dövlət rabitəsi xidmətlərinə də şamil olunur. Bu gün qlobal internetlə bağlı hansısa ara bağlantı kəsintisi baş versə belə, ölkəmizdə bütün dövlət informasiya ehtiyatlarının fəaliyyəti tam şəkildə təmin olunacaq. Bu, həmçinin xüsusi rabitə vasitələrinə də aiddir. Güc strukturlarına və kritik infrastruktur qurumlarına təqdim edilən xüsusi rabitə və radio-rabitə xidmətləri heç bir mobil şəbəkədən asılı deyil və lokal olaraq fəaliyyət göstərir. Bundan əlavə, dövlət qurumlarında tətbiq etdiyimiz “Teams” platforması WhatsApp-a alternativ lokal həll kimi xarici asılılığımızı minimuma endirən vasitələrdən biridir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv