Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış – 33 illik araşdırma

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış – 33 illik araşdırma






presstv

"Presstv"az #Araşdırma, #Bitki yağı, #Həkim, #kərə yağı, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süfrələrimizin ayrılmaz hissəsi olan kərə yağı ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın nəticələri narahatlıq doğurub.

presstvaz xəbər verir ki, beynəlxalq alimlərin 33 il davam edən tədqiqatı kərə yağı istehlakının sağlamlıq üçün düşündüyümüzdən daha təhlükəli ola biləcəyini göstərib.

Araşdırma "JAMA Internal Medicine" jurnalında dərc olunub.

Tədqiqat zamanı kərə yağı və bitki yağlarını istifadə edən şəxslər uzun illər ərzində müqayisə edilib. Nəticələrə görə, ən çox kərə yağı istifadə edən qrupda ölüm riski 15 faiz daha yüksək olub. Əksinə, ən çox bitki yağı istifadə edən şəxslərdə ölüm riski 16 faiz daha aşağı qeydə alınıb.

Araşdırma həmçinin kərə yağı istehlakının artmasının xərçəngə bağlı ölüm riskini yüksəltdiyini göstərib. Bitki yağlarının isə xərçəng, infarkt və insult kimi xəstəliklərdən ölüm riskini azaltdığı müəyyən edilib. Sağlamlıq üçün ən faydalı bitki yağları arasında zeytun, soya və kanola yağları önə çıxıb.

Harvard mütəxəssisləri bildiriblər ki, kərə yağı demək olar ki, faydalı yağ turşuları ehtiva etmir, bunun əvəzində az miqdarda olsa da trans yağ saxlayır. Mütəxəssisin sözlərinə görə, trans yağlar ürək-damar xəstəlikləri üçün ən təhlükəli yağ növü sayılır.

Həkimlər bildirirlər ki, kərə yağından ara sıra dad vermək üçün az miqdarda istifadə eləmək problem yaratmır. Lakin uzunmüddətli sağlamlıq üçün yeməklərin hazırlanmasında və süfrədə kərə yağı əvəzinə bitki mənşəli yağlara üstünlük verilməsi tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv