“myGov” platformasının aktiv istifadəçilərinin sayı açıqlandı

“myGov” platformasının aktiv istifadəçilərinin sayı açıqlandı






presstv

"Presstv"az #Audi, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“myGov” platformasının aktiv istifadəçilərinin sayı artıq 800 mindən çoxdur, ümumi istifadəçi sayı isə iki milyona çatıb”.

presstvaz xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

O deyib ki, maliyyə sektoru ilə dövlətin rəqəmsal infrastrukturunun inteqrasiyasını təmin edən bir neçə məhsul mövcuddur və bu istiqamətdə əsas həllərdən biri “Digital finance” sistemidir:

“Hazırda bu sistemə 104-dən çox maliyyə müəssisəsi qoşulub. “Digital finance” vasitəsilə bu günədək 300 milyona yaxın tranzaksiya icra olunub. Həmçinin hər gün maliyyə sektoru tərəfindən vətəndaşların identifikasiyası məqsədilə 300 mindən artıq məlumat sorğusu göndərilir”.

Onun sözlərinə görə, rəqəmsallaşmanın əsas hədəflərindən biri dövlət idarəçiliyində tam kağızsız hökumət modelinə keçiddir:

“Artıq dövlət qurumları arasında yazışmalar tam elektron formada həyata keçirilir. Bu proses Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə idarə olunur.

Sistem, həmçinin biznes subyektlərinə və vətəndaşlara “myGov” üzərindən rəqəmsal müraciətlər göndərmək imkanı yaradır”.

Fərid Osmanov qeyd edib ki, bir neçə bank artıq Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya olunub, digər maliyyə təşkilatlarında isə proses davam edir. Onun fikrincə, yaxın gələcəkdə maliyyə sektoru ilə dövlət qurumları arasında tam kağızsız yazışma mümkün olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv