Gələn il üçün büdcə kəsiri 3,1 milyard manat təşkil edəcək

Gələn il üçün büdcə kəsiri 3,1 milyard manat təşkil edəcək






presstv

"Presstv"az #Milli Məclis, #Sahil Babayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi sahəsində maliyyə təminatı 2026-cı il dövlət büdcəsinin prioritetlərindən biri olaraq müəyyən edilib”.

presstvaz xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, növbəti il müdafiə və milli təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsi xərclərinin 21 faizi həcmində, yəni 8.7 milyard manat vəsait nəzərdə tutulur:

“Bu məbləğ cari illə müqayisədə 319 milyon manat çoxdur”.

Sahil Babayev qeyd edib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38.6 milyard manat, xərcləri isə 41.7 milyard manat səviyyəsində proqnozlaşdırılır:

“Büdcə kəsiri 3.1 milyard manat təşkil edəcək. Dövlət büdcəsinin xərcləri ÜDM-in 31.1 faizi, gəlirləri 28.8 faizi, kəsir isə 2.3 faizi həcmində müəyyənləşib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv