Sahil Babayev: “Strateji valyuta ehtiyatlarımız 82,5 milyard dollara çatıb”

Sahil Babayev: “Strateji valyuta ehtiyatlarımız 82,5 milyard dollara çatıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar, #İlham Əliyev, #Milli Məclis, #Minimum əməkhaqqı, #Sahil Babayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu qələbə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər edilməsi nəticəsində əldə olunub. Bu gün təqdim edilən büdcə layihəsi də məhz Zəfərdən rifah cəmiyyətinə aparan inkişaf strategiyasının maliyyə təminatıdır”.

presstvaz xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi tarixi Zəfərə gətirib çıxaran yolun davamı kimi təqdim olunur:

“Uzunmüddətli makroiqtisadi dayanıqlılığın əsas şərtlərindən olan strateji valyuta ehtiyatlarının 82.5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6%-nə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də qiymətləndirilir və “Fitch”dən sonra “Moody`s” agentliyi də bu il Azərbaycanın suveren kredit reytinqini investisiya dərəcəsinə yüksəltdi”.

S.Babayev əlavə edib ki, dövlətin artan imkanları sosial təminatın gücləndirilməsinə və ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmlənməsinə şərait yaradıb:

“Ölkə başçısının təşəbbüsləri nəticəsində 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əməkhaqqı, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar Prezidentin əhalinin, xüsusilə sosial həssas qruplara aid vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqətin növbəti təzahürüdür”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv