Hakan Fidan: “Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət edirik”

Hakan Fidan: “Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət edirik”






presstv

"Presstv"az #Anadolu, #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Hakan Fidan, #Türkiyə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“8 avqustda Vaşinqtonda Azərbaycan-Ermənistan sülh prosesi üzrə ortaya qoyulan iradə və Ermənistanla normallaşma prosesində əldə etdiyimiz irəliləyiş bölgədə çoxdan gözlənilən davamlı sülhə ümidləri gücləndirib”.

presstvaz “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan parlament komissiyasındakı çıxışı zamanı bildirib.

O, Azərbaycanla ikitərəfli və çoxtərəfli platformalarda müstəsna münasibətlərin davam etdiyini qeyd edib:

“Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, o cümlədən Qarabağın yenidən qurulması və dirçəldilməsi səylərində müttəfiqimiz Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət etməyə davam edirik”, – deyə nazir vurğulayıb.

Fidan Ermənistanın Türkiyə və Azərbaycana qarşı konstruktiv yanaşmasını alqışlayıb:

“Biz ölkəmizlə münasibətlərin normallaşdırılması istiqamətində açıq və istəkli mövqe nümayiş etdirən Ermənistanla müxtəlif səviyyələrdə dialoqumuzu, atıla biləcək konkret addımlar üzərində birgə səylərimizi səmimi şəkildə davam etdiririk. Türkiyə lap əvvəldən Cənubi Qafqazda sülhün bərqərar olması və bölgədə ortaq rifah məkanı yaratmaq üçün səy göstərir”, – Fidan bəyan edib.

O xatırladıb ki, Azərbaycan və Ermənistan bu tarixi fürsətdən istifadə etməyə və sülh müqaviləsini mümkün qədər tez bağlamağa təşviq olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv