Çində üç ayaqla doğulmuş it polis bölməsində işə götürülüb

Çində üç ayaqla doğulmuş it polis bölməsində işə götürülüb






presstv

"Presstv"az #Audi, #Belçika, #Çin, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində üç ayaqla doğulmuş it ölkənin cinayətkarlıqla mübarizə üzrə ixtisaslaşmış bölməsində işə götürülüb.

presstvaz bildirir ki, bu barədə SCMP nəşri məlumat verib.

Məlumata görə, “Barton” ləqəbli Belçika çoban iti 2019-cu ildə Çinin şimalında xüsusi sığınacaqda doğulub. Baytarlar itin balasını inyeksiya edilərək (iynə vuraraq) öldürməyi tövsiyə ediblər, çünki o sol ön pəncəsində anadangəlmə qüsurla doğulub və yalnız üç ayaq üzərində gəzmək imkanı olub. Lakin 20 illik təcrübəsi olan kinoloq Li Syaodun “Barton”a şans vermək qərarına gəlib. O, iti öz himayəsi altına alıb və ona təlim keçməyə başlayıb.

“Barton”un öz xüsusiyyətləri səbəbindən tez-tez aldığı xəsarətlərə baxmayaraq, it üstün bacarıqlar və yüksək dərəcədə stresədavamlılıq nümayiş etdirib. Şübhəlilərin saxlanılması zamanı isə it qorxmaz və cəsarətli davranıb. İki yaşında olanda “Barton” polis iti sertifikatının alınması üçün imtahan verib və rəsmi olaraq kütləvi iğtişaşlarla mübarizə üzrə kinoloji xidmətin nümayəndəsinə çevrilib.

“Heç kim “Barton”un imtahandan keçə biləcəyinə inanmırdı, amma o öhdəsindən gəldi. Öz bacarıqları sayəsində nişanı qazanıb”, – deyə kinoloq bildirib.

Çinli itin hekayəsi bir çox sosial şəbəkə istifadəçisinə dərin təsir edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv