Polşa dəmir yolunda törədilmiş diversiyalarda “Şərq xüsusi xidmətləri”ni ittiham edib

Polşa dəmir yolunda törədilmiş diversiyalarda “Şərq xüsusi xidmətləri”ni ittiham edib






presstv

"Presstv"az #Audi, #Avropa, #Donald Tusk, #Hadisə, #Hakim, #Polşa, #Rusiya, #Ukrayna, #Varşava

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşada Ukraynaya gedən dəmir yolunda baş vermiş partlayışı ukraynalılar törədiblər.

presstvaz xəbər verir ki, bu barədə noyabrın 18-də Polşanın Baş naziri Donald Tusk məlumat verib.

“Xüsusi xidmət orqanlarının, polisin və prokurorluğun intensiv fəaliyyəti diversiyanı törədən iki nəfərin şəxsiyyətini müəyyən etməyə imkan verib. Onlar Ukrayna vətəndaşlarıdır”, – deyə Tusk bildirib.

Polşa xüsusi xidmət orqanları əlaqələndiricisinin mətbuat katibi Yaçek Dobjinski bildirib ki, Polşada dəmir yollarına vurulan ziyanı diversiya hesab edən hakimiyyətin fikrincə, bunda “Şərq kəşfiyyat xidmətləri” günahkardır.

“Bu diversiyaları sifariş edənlər, – bütün əlamətlərə görə, bunlar Rusiya xüsusi xidmətləridir, – istintaqın hansı istiqamətdə getdiyini bilmək istərdirlər”, – deyə o bildirib.

Dobjinski vurğulayıb ki, bununla əlaqədar olaraq Polşa mütəxəssislərinin nə üzərində çalışdıqlarını açıqlaya bilməz. “Rusiya kəşfiyyatı cəmiyyətimizdə çaşqınlıq yaratmaq, bizi qorxutmaq istəyir”, – deyə o əlavə edib.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da dəmir yollarında baş verən diversiyalarla bağlı “bütün izlərin şərqə, Rusiyaya apardığı” fikri ilə razılaşır. Nazirin sözlərinə görə, bunu həm də Avropada baş verən hadisələrin təhlili, o cümlədən Avropa ölkələrinin hava məkanında dronlarla bağlı insidentlər sübut edir. “Biz diversiyanı hazırlayan və törədən şəxsləri ələ keçirəndən sonra buna tam əmin olacağıq”, – deyə Kosinyak-Kamış əlavə edib.

Noyabrın 17-də Polşa polisi Ukraynaya gedən Dembli-Varşava dəmir yolu xəttinin zədələnməsi barədə məlumat verib. Xoşbəxtlikdən qatar relsdən çıxmayıb, sərnişinlərdən və briqada üzvlərindən heç biri xəsarət almayıb. Sonradan daha bir hadisə Pulavı şəhəri yaxınlığında baş verib. RMF-nin məlumatına görə, qırılmış kontakt xətti Svinouystse-Jeşuv marşrutu ilə hərəkət gedən qatarın vaqonunun pəncərəsini deşib. Qatarın içində 475 sərnişin olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv