Kərim Benzema “Real Madrid”ə qayıdır? – Özü AÇIQLADI

Kərim Benzema “Real Madrid”ə qayıdır? – Özü AÇIQLADI






presstv

"Presstv"az #"Real Madrid", #İspaniya, #Kərim Benzema, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema “Real Madrid”ə qayıdışı ilə bağlı suala cavab verib.

presstvaz-ın məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano “X” sosial şəbəkəsində paylaşım edib.

“Real Madrid”ə qayıtmaq? Əgər Florentino Peres hələ də oradadırsa, bu baş verə bilər. Mən ona heç vaxt rədd cavabı vermərəm. Mən madridliyəm. Özümü belə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Gələcəkdə nə olacağını görəcəyik”, – deyə Benzema bildirib.

Qeyd edək ki, “Real Madrid”in heyətində 2009-cu ildən 2023-cü ilədək çıxış edən fransız hücumçu komanda ilə dörd dəfə La Liqa çempionu olub, üç dəfə İspaniya Kral Kubokunu, həmçinin beş dəfə Çempionlar Liqasını qazanıb. Kərim Benzema 2022-ci ildə “Qızıl top” mükafatını alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv