Nə çovdar, nə də kəpəkli… Ən sağlam çörək bunlar imiş

Nə çovdar, nə də kəpəkli… Ən sağlam çörək bunlar imiş






presstv

"Presstv"az #Sağlam qidalanma, #Yulaf

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illərdə xəstəliklərin artması ilə sağlam qidalanmaya maraq da yüksəlib. Ağ çörək yerini kəpəkli, çovdarlı çörəklərə versə də, “ən faydalı çörək hansıdır?” sualı tez-tez soruşulur. Mütəxəssislər ən sağlam çörək növlərini açıqlayıb.

presstvaz xəbər verir ki, liflə zəngin olduğu üçün həzmi asanlaşdıran tam buğda çörəyi, ağ çörəyə nisbətən qan şəkərini daha yavaş yüksəldir. Mütəxəssislər vitamin və mineral baxımından ən zəngin çörəyin tam buğda çörəyi olduğunu bildirir.

Genetik olaraq dəyişdirilməmiş ən qədim buğda növlərindən olan siyəz buğdası, aşağı qlisemik indeks və yüksək protein tərkibi ilə son illərin ən populyar çörəklərindən birinə çevrilib. Mütəxəssislərə görə, sağlam karbohidrat axtaranların ilk seçimləri arasında yer alır.

Tərkibcə təbii olaraq qlutensiz olan qarabaşaq çörəyi, dəmir və maqneziumla zəngin olması ilə diqqət çəkir. Qan şəkərini tarazlamaq istəyənlər üçün ideal seçimdir və qlutensiz qidalanmalı olanların əsas alternativlərindən sayılır.

Beta-qlukan lifləri ilə tanınan yulaf ürək sağlamlığına faydalı əsas taxıllardandır. Yulaf çörəyi isə uzun müddət tox saxlama xüsusiyyəti və xolesterini aşağı salması ilə seçilir.

Əsl turş maya ilə uzun fermentasiya prosesi nəticəsində hazırlanan çörəklər daha təbii və daha asan həzm olunduğu üçün mütəxəssislər tərəfindən tövsiyə edilir. Fermentasiya sayəsində qluteni qismən parçalanmış bu çörəklər, həssas mədə və bağırsaq problemi olanlar üçün ideal hesab olunur.


presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv