PSJ və Mbappe arasında məhkəmə çəkişməsi başlayıb: Tərəflər bir-birindən 200 milyon avrodan çox təzminat tələb edirlər

PSJ və Mbappe arasında məhkəmə çəkişməsi başlayıb: Tərəflər bir-birindən 200 milyon avrodan çox təzminat tələb edirlər






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Əl-Hilal, #Fransa, #Futbol, #Kilian Mbappe, #Paris, #PSJ, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Futbol üzrə Fransa millisinin kapitanı Kilian Mbappe müqaviləsini yeniləməkdən imtina etdikdən sonra pis rəftara görə PSJ klubundan 263 milyon avro təzminat tələb edib.

presstvaz bu barədə “Le Monde” nəşrinə istinadən xəbər verir.

Eyni zamanda, Paris təmsilçisi də 240 milyon avroluq qarşılıqlı iddia qaldırıb. Klub hücumçunu “Əl-Hilal”a daha böyük məbləğlə transferini pozmaqda ittiham edib.

Məhkəmə prosesi noyabrın 17-də Parisin əmək mübahisələri üzrə məhkəməsində başlayıb.

2023/24 mövsümünün əvvəlində Mbappe yeni müqavilə bağlamaqdan imtina etməsi səbəbindən klubun onu oyunlardan kənarlaşdırdığını və satmağa çalışdığı oyunçularla məşq etməyə məcbur etdiyini iddia edən şikayət ərizəsi təqdim edib.

PSJ öz növbəsində Mbappeni Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə 300 milyon avroluq transfer müqaviləsini pozmaqda günahlandırır. O, sözügedən kluba keçməkdən imtina edib.

Qeyd edək ki, 2024-cü ildə Mbappe “Real Madrid”ə azad agent transfer olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv