Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına əlavə edildi

Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına əlavə edildi






presstv

"Presstv"az #Audi, #Ədliyyə Nazirliyi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov terrorçular və ekstremistlər siyahısına əlavə edilib.

presstvaz-ın məlumatına görə, bu barədə “Rosfinmonitorinq”in rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, ötən ilin noyabr ayında “Rusiya veteranları” hərəkatının iştirakçıları Baş Prokurorluğa müraciət edərək, Kasyanovun Moskvanın mərkəzindəki 700 milyon rubl (təxminən, 15 milyon manat) dəyərində mənzilinin müsadirə edilməsini tələb ediblər.

Elə həmin ay keçmiş baş nazir xarici agentlərin fəaliyyəti haqqında qanunu pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Moskvanın Taqanski Rayon Məhkəməsi onu təqsirli bilib və 45 000 rubl (təxminən, 940 manat) cərimələyib.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Mixail Kasyanov xarici agent kimi tanınıb. Rusiya Ədliyyə Nazirliyinin bildirdiyinə görə, o, xarici agentlərin mesajlarının və materiallarının yaradılmasında və qeyri-məhdud sayda insan çevrəsi üçün yayılmasında iştirak edib, Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət barədə yalan məlumatlar yayıb. Kasyanov Rusiya Federasiyası xaricində yaşayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv