Ərdoğan: “Azərbaycan təyyarə qəzasından dərhal sonra bütün imkanlarını səfərbər etdi”

Ərdoğan: “Azərbaycan təyyarə qəzasından dərhal sonra bütün imkanlarını səfərbər etdi”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Gürcüstan, #Hadisə, #Hərbi Hava Qüvvələri, #Nazirlər Kabineti, #Rəcəb Tayyib Ərdoğan, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Türkiyənin “C-130″ tipli hərbi yük təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Gürcüstan və Azərbaycan bütün imkanlarını səfərbər etdilər”.

presstvaz “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Onun sözlərinə görə, hər iki ölkə axtarış-xilasetmə briqadasının hadisə yerinə çatdırılmasında, təyyarənin qalıqlarının tapılmasında, qəza yerinin təhlükəsizliyinin təmin edilməsində Türkiyə ilə əməkdaşlıq edib.

Türkiyə lideri əlavə edib ki, qəzanın araşdırılması üzrə komissiyanın əldə etdiyi məlumatlar və təyyarənin qara qutusunun tədqiq edilməsi faciənin başvermə səbəblərini üzə çıxaracaq. O, hadisənin səbəbi məlum olduqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcəyini də vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri də daxil olmaqla 20 hərbçi həlak olub.

Ərdoğan, həmçinin noyabrın 8-də Zəfər Günü münasibətilə keçirilən hərbi paradda iştirak etmək üçün Bakıda səfərdə olduğunu xatırladaraq bildirib:

“Bundan sonra da bir millət, iki dövlət düsturu ilə bütün imkanlarımızla Azərbaycanın yanında olacağıq. Xüsusilə Cənubi Qafqazda davamlı sülhün təsisi və iqtisadi inkişafın sürətlənməsi üçün üzərimizə düşəni etməkdən çəkinməyəcəyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv