Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi






presstv

"Presstv"az #Audi, #Hadisə, #Qax rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qax rayonunda qardaş atasının mülkünə görə bacısını döyüb.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Qaxbaş qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qüdrət Xudeynatovun evi atasının mülki ilə həmsərhəd olub. Atası rəhmətə gedəndən sonra mülk onun qardaşına qalıb.

Bir neçə gün öncə o həyətində işləyərkən atasının evinin darvazasının traktorla çıxarıldığının şahidi olub. Hadisə yerinə gələn Qüdrət orada bacısı ilə rastlaşıb. Məlum olub ki, darvazanı bacısı çıxarıb dəyişmək istəyir. O, prosesə etiraz etsə də, bacısı darvazanı çıxaracağını bildirib. Nəticədə Qüdrət əlindəki dəmir parçası ilə bacısını döyərək, ona baş və bədən nahiyələrindən xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisə ilə bağlı protokol tərtib edilərək, sənədlər məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Qüdrət 300 manat cərimələnib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv