Azərbaycanda üfüqi yoxlamalar başlayır: Deputat İZAH ETDİ

Azərbaycanda üfüqi yoxlamalar başlayır: Deputat İZAH ETDİ






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İqtisadi siyasət, #Milli Məclis, #sənaye və sahibkarlıq komitəsi, #Vergi Məcəlləsi, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın vergi sistemində üfüqi monitorinqlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı növbəti ildən Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, üfüqi monitorinq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçirilir.

Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir.

presstvaz xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, üfüqi yoxlama mexanizminin əsas məqsədi qanunvericiliyə uyğun olaraq vergilərin vaxtında və düzgün şəkildə hesablanması, həmçinin büdcəyə köçürülməsinin təmin edilməsidir. Onun sözlərinə görə, bu prosesdə vergilərin düzgün hesablanması və vergi qanunvericiliyinə uyğun şəkildə büdcəyə ödənilməsi əsas monitorinq predmetidir.

Azərbaycanda üfüqi yoxlamalar başlayır: Deputat İZAH ETDİ

“Üfüqi yoxlama səyyar (yerində aparılan) yoxlama deyil. Onun əsas xüsusiyyəti ondan ibarətdir ki, bu mexanizm, bir tərəfdən, vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir, digər tərəfdən isə sahibkarların gündəlik fəaliyyətinə birbaşa müdaxilə etmir.

Bu mexanizm çərçivəsində vergi orqanları ilə sahibkarlar arasında əməkdaşlıq və qarşılıqlı razılaşma əsasında yoxlamaların monitorinqi həyata keçiriləcək. Üfüqi yoxlamadan sahibkarın çıxarılması və səyyar yoxlamanın aparılması yalnız monitorinq nəticəsində qanun pozuntularının aşkar edilməsi və ya bu pozuntuların təkrarlanması halında mümkün olacaq”.

Deputat bildirib ki, ümumilikdə, bu islahat vergi ödəyiciləri və vergi xidməti orqanları arasındakı münasibətlərin yeni mərhələyə keçidini təmin edir:

“Eyni zamanda, sahibkarların fəaliyyətinin dəstəklənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu yanaşma yoxlamalar üçün vaxt itkisinin qarşısını alır, şəffaflığı artırır və qarşılıqlı etimad mühitini möhkəmləndirir”.

V.Bayramov son olaraq onu da əlavə edib ki, üfüqi yoxlama mexanizmi Azərbaycanda vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə, eləcə də dövlət büdcəsinə daxilolmaların vergitutma mənbələrindən artmasına töhfə verəcək yeni və müasir bir yanaşmadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv