Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb

Xəzər dənizinin sahəsi 36 000 kvadrat kilometrdən çox azalıb






presstv

"Presstv"az #Audi, #dənizdə, #Qazax, #Qazaxıstan, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son 18 ildə Xəzər dənizinin səthi 36 000 kvadrat kilometr azalıb.

presstvaz “Kazhidromet”ə istinadən xəbər verir ki, dənizdə suyun səviyyəsi də azalır.

Bu ilin sentyabr ayına olan məlumata görə, Xəzər dənizinin suyunun səviyyəsi şimal-şərqdə 20 sm, şərqdə isə 17 sm azalıb.

Dəniz suyunun səviyyəsinin azalması dənizin səth sahəsinin azalmasına səbəb olur.

Belə ki, 2006-cı ildən 2024-cü ilə qədər dənizin səth sahəsi 392.3 mindən 355.7 min kvadrat kilometrə qədər – 36.6 min kvadrat kilometr azalıb.

Təxminən 20 il ərzində Xəzər dənizində, daha dəqiq desək, onun Qazaxıstan hissəsində suyun səviyyəsi 2.13 metr azalaraq okean səviyyəsindən mənfi 29.2 metrə çatıb. Ölkənin sahil xətti bəzi yerlərdə 30-35 kilometr geriləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv