İşıqda yatanlara xəbərdarlıq – Ürəyi zəiflədir

İşıqda yatanlara xəbərdarlıq – Ürəyi zəiflədir






presstv

"Presstv"az #Araşdırma, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm adamları bildirirlər ki, tam qaranlıqda yatmaq yalnız yaxşı yuxu üçün deyil, həm də ürək sağlamlığı üçün vacibdir.

presstvaz xəbər verir ki, yeni araşdırmaya görə işıq yanılı halda yatan insanlarda ürək xəstəlikləri və insult riski daha yüksək olur.

Məlumatlara əsasən, işıq altında yatanlarda ürək çatışmazlığı riski 56 faiz, ürək damar tıxanması 32 faiz, beyin qan dövranı pozulması isə 28 faiz daha çox müşahidə olunur.
Araşdırma zamanı 89 min nəfərin yuxu zamanı işığa məruz qalması öyrənilib. Nəticədə məlum olub ki, gecə işığı bədənin “bioloji saatını” pozur. Normalda bədən qaranlıqda yatmağa, işıqda isə oyaq qalmağa proqramlanıb. Bu tarazlıq pozulanda ürək və qan dövranı sisteminə zərər dəyir.

Mütəxəssislər deyirlər ki, söhbət yalnız tavan işığından getmir. Televizor, telefon və planşet kimi cihazların işığı da eyni təsiri göstərə bilər.

Yuxudan bir neçə saat əvvəl bu cihazlardan uzaq durmaq, otaqda işıqları söndürmək və pərdə və ya göz maskasından istifadə etmək tövsiyə olunur.

Araşdırma işığın birbaşa ürək xəstəliyinə səbəb olduğunu tam sübut etmir, amma çox işıq altında yatmağın orqanizm üçün zərərli olduğunu göstərir.

Elm adamlarının fikrincə, bədən gecə işığını stress kimi qəbul edir. Bu da ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir və iltihabı gücləndirir.

Yekunda alimlər bildirirlər ki, sağlam ürək və rahat yuxu üçün ən yaxşısı qaranlıqda yatmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv