“Yang Liping Contemporary Dance” Bakı səhnəsində möhtəşəm çıxış etdi

“Yang Liping Contemporary Dance” Bakı səhnəsində möhtəşəm çıxış etdi






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Beynəlxalq İncəsənət Festivalı məşhur “Yang Liping Contemporary Dance” (Çin) qrupunun “Bahar ayini” xoreoqrafik tamaşasını böyük uğurla təqdim edib.

presstvaz xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş etdirilən tamaşa festival proqramının kulminasiya anlarından biri olmaqla yanaşı, tamaşaçılara İqor Stravinskinin klassik şah əsərini daha güclü, emosional və dərin poetik formada nəzərdən keçirməyi təklif edib.

Beynəlxalq mətbuat tərəfindən tez-tez “Şərqin Pina Bauşu” adlandırılan xoreoqraf-vizioner Yan Lipin məşhur əsərə öz təfsirini verir və onu qədim Çin simvolizmini Avropa musiqi ənənəsi ilə birləşdirən valehedici bir ayinə çevirir. Onun bu yanaşması Şərq ilə Qərb arasında yeni bir bədii dialoq açır, iki estetik sistemi vahid səhnə ifadəsində birləşdirir.

Yang Liping Contemporary Dance Bakı səhnəsində möhtəşəm çıxış etdi

Kollektivin aparıcı rəqqasəsi Maya Donq tamaşanın fəlsəfəsini belə şərh edib: “Tamaşamızın fəlsəfəsi hekayənin tarixi versiyasından fərqlənir. Oynadığım personaj özünü cəmiyyət üçün qurban verir. Lakin bu, xilas üçün qurban deyil, əksinə, onun həyatına daha çox dəyər verən bir hərəkətdir. Bu, insan həyatının dəyərini anlamaq üçün fərqli bir yanaşmadır”.

Quruluşun kreativ prodüseri Faruk Çaudhri Çin təfsirinin unikallığından danışıb: “Bahar ayini”nin əksər klassik baletlərində baharın gəlməsi üçün ölən bir qurban təsvir olunur. Lakin Yan Lipinin versiyasında biz qurbanın əslində bir məsuliyyət olduğu fikrini araşdırırıq. Biz həyatın düz xətt deyil, bir dövrə olduğu konsepsiyası ilə işləyirik. Düşünürəm ki, Bakı bu tamaşa üçün bəlkə də ən uyğun yerdir, çünki Şərqlə Qərbin həqiqətən qovuşduğu və yeni bir dil yaratdığı yer buradır”.

Tamaşa kişi və qadın başlanğıclarının qarşılıqlı təsiri, eləcə də təbiətin dövrülüyü ideyası vasitəsilə araşdırılan qurban və yenidən doğuluş mövzusuna əsaslanır. Baş qəhrəman Çin mədəniyyətinin ənənəvi təsəvvürlərində dərindən kök salmış motiv – yeni başlanğıca həyat vermək üçün könüllü olaraq özünü qurban verir.

Tamaşa sənətin incə sintezidir: müasir xoreoqrafiya və ənənəvi rəqsin elementləri orijinal musiqi palitrası ilə birləşir. Stravinskinin partiturası bəstəkar He Syuntyanın aranjimanında Tibet intonasiyaları ilə zənginləşdirilib ki, bu da mistik və ritual atmosferi daha da gücləndirir. Tamaşanın vizual obrazı rəssam Tim Yip (“Əyilən Pələng, Gizlənən Əjdaha”), işıqlandırma dizayneri Fabian Piççoli və video rəssam Tobias Qremmlerdən ibarət beynəlxalq yaradıcı heyət tərəfindən yaradılıb.

“Bahar ayini”nin nümayişi BIAF 2025 – Bakı Beynəlxalq İncəsənət Festivalının miqyaslı beynəlxalq tədbir statusunu bir daha təsdiqləyib və Azərbaycan tamaşaçılarına dünya incəsənətinin ən gözəl nümunələrini seyr etməyə imkan verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv