Fransa səfirliyimizin raket zərbəsinə məruz qalmasını pisləyib

Fransa səfirliyimizin raket zərbəsinə məruz qalmasını pisləyib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Fransa, #Hakim, #Kiyev, #Müharibə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa Rusiya tərəfindən Ukraynaya endirilən, o cümlədən Azərbaycan səfirliyinə də ziyan vurulmasına səbəb olan raket və pilotsuz uçuş aparatları ilə hücumları qətiyyətlə pisləyib.

presstvaz xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Fransanın xarici siyasət qurumu vurğulayıb:

“Fransa 13-dən 14 noyabra keçən gecə Rusiya Federasiyası tərəfindən həyata keçirilən və əsasən Ukraynanın paytaxtı Kiyevə, onun energetika infrastrukturlarına, yaşayış məhəllələrinə və xəstəxanaya yönəlmiş kütləvi zərbələri ən qəti şəkildə pisləyir. Hücumlar nəticəsində çoxsaylı mülki vətəndaşlar, o cümlədən uşaqlar həlak olub və yaralanıb. Azərbaycan səfirliyi də zərər görüb.

Bu misilsiz miqyaslı hücumlar – təxminən 430 pilotsuz uçuş aparatı və 18 raket – yeni bir eskalasiya olmaqla yanaşı, Rusiyanın sülh naminə çalışmağa hazır olmadığını bir daha göstərir.

Fransa Ukrayna ilə, onun xalqı və hakimiyyəti ilə, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəyliyini ifadə edir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Fransa bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyi artırmaq və Rusiyaya təzyiqi gücləndirmək üçün səylərini davam etdirəcək ki, o, müharibəni dayandırsın.”

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv