İran Hörmüz boğazında neft tankerini ələ keçirdi

İran Hörmüz boğazında neft tankerini ələ keçirdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #İran, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Hörmüz boğazında neft tankerini ələ keçirib.

presstvaz xəbər verir ki, bu barədə “The Times Of Israel” ABŞ Hərbi Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, Marşal adaları bayrağı altında üzən tanker strateji əhəmiyyətli boğazdan keçərkən İran qüvvələri tərəfindən ölkənin ərazi sularına yönləndirilib.

Bu, son bir neçə ay ərzində həmin marşrutda qeydə alınmış ilk belə hadisə olub.

İran hələlik bu faktı tam təsdiqləməyib.

İran qüvvələrinin hücumuna məruz qalan “Talara” tankeri Əcman (BƏƏ) limanından Sinqapura istiqamət götürüb. “Associated Press” agentliyi tərəfindən təhlil edilmiş uçuş məlumatlarına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MQ-4C Triton” pilotsuz təyyarəsi bir neçə saat ərzində bölgəni müşahidə edib və İranın hərəkətlərini qeydə alıb.

“Ambrey” özəl təhlükəsizlik şirkətinin məlumatına görə, “Talara”ya hücumda üç kiçik qayıq iştirak edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv