Kriştianu Ronaldu dünya çempionatının oyunlarını buraxa bilər – SƏBƏB

Kriştianu Ronaldu dünya çempionatının oyunlarını buraxa bilər – SƏBƏB






presstv

"Presstv"az #Audi, #Ermənistan, #Futbol, #Kriştianu Ronaldu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliya millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanarsa, Kriştianu Ronaldu ilk oyunlarda cəzalı vəziyyətə düşə bilər.

presstvaz BBC-yə istinadən xəbər verir ki, o, İrlandiya ilə oyundakı “zorakı davranışı”na görə üç oyunluq cəza ala bilər.

FIFA-nın intizam məcəlləsinin ikinci fəslinin 14-cü maddəsində deyilir:

“Oyunçular rəqibə və ya matçın rəsmisi olmayan şəxslərə dirsəklə, yumruqla, ayaqla zərbələrə, eyni zamanda, dişləməyə, tüpürməyə görə ən az üç matç diskvalifikasiya edilməlidirlər”.

Ronaldu üç oyunluq cəza alarsa və Portuqaliya millisi DÇ-2026-ya vəsiqə qazanarsa, gələn yay Şimali Amerikadakı turnirdə hücumçu ilk iki qrup oyununu buraxacaq.

Lakin Portuqaliya pley-off mərhələsinə düşsə və orada iki oyun keçirilsə, cəzası bitmiş hesab olunacaq.

Xatırladaq ki, Ronaldu İrlandiyaya qarşı oyunda aldığı qırmızı vərəqə səbəbindən seçmə mərhələnin son oyununda Ermənistana qarşı oynaya bilməyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv