Bu ilin 10 ayında ölkədə 28,6 milyard manatlıq ərzaq məhsulları satılıb

Bu ilin 10 ayında ölkədə 28,6 milyard manatlıq ərzaq məhsulları satılıb






presstv

"Presstv"az #Audi, #Avto, #Ayaqqabı, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615.7 milyon manatlıq məhsul satılıb. Bunun 28 milyard 664.5 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 23 milyard 951.2 milyon manatı isə qeyri-ərzaq mallarına aiddir.

presstvaz Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə artım 1.3 faiz, qeyri-ərzaq malları üzrə isə 6.7 faiz təşkil edib.

Hesabat dövründə alıcıların xərclərinin strukturuna görə: 50.4%-i ərzaq məhsullarına, 4.1%-i içkilər və tütün məmulatlarına, 14.3%-i toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6.0%-i avtomobil benzini və dizel yanacağına, 4.9%-i elektrik malları və mebellərə, 2.4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1.4%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16.5%-i digər qeyri-ərzaq mallarına sərf olunub.

Qeyri-dövlət sektoru tərəfindən satılmış malların dəyəri ümumi pərakəndə ticarət dövriyyəsinin 99.8%-ni təşkil edib və real ifadədə 3.8 faiz artıb. Müəssisələr üzrə dövriyyə 7.1%, fərdi sahibkarlar üzrə 1.2%, bazar və yarmarkalarda isə 4.9 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla ayda 513.8 manatlıq mal alıb ki, bunun 279.9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 233.9 manatı isə qeyri-ərzaq mallarına aiddir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv