Bu vərdiş beyni 8 il gəncləşdirir – alimlərdən maraqlı açıqlama

Bu vərdiş beyni 8 il gəncləşdirir – alimlərdən maraqlı açıqlama






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Beyin funksiyaları, #Sağlam həyat tərzi, #Siqaret, #Stres, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Florida Universitetinin alimləri müəyyən ediblər ki, sağlam və balanslı həyat tərzi yalnız bədəni deyil, beyni də gəncləşdirə bilər.

presstvaz xəbər verir ki, araşdırmanın nəticələri "Brain Communications" jurnalında dərc olunub.
İki il ərzində aparılan tədqiqatda 128 orta yaşlı və yaşlı kişi iştirak edib. Mütəxəssislər onların beyin fəaliyyətini MRT müayinəsi və süni intellekt vasitəsilə analiz edərək xronoloji yaşla müqayisə ediblər.

Nəticələr göstərib ki, bəzi gündəlik vərdişlər beyinin "bioloji yaşını" 8 ilə qədər azalda bilər.
Alimlər bu təsiri yaradan əsas amilləri aşağıdakı kimi müəyyən ediblər:

Siqaretdən uzaq durmaq

Bədən formasına nəzarət (bel ətrafının qadınlarda 80 sm, kişilərdə 94 sm-dən artıq olmaması)

Müsbət düşüncə və optimizm

Stresin minimuma endirilməsi

Sosial əlaqələrin güclü olması, ailə və dost dəstəyi

Keyfiyyətli və kifayət qədər yuxu

Tədqiqatın rəhbəri, Florida Universitetinin dosenti Kimberli Sibill bildirib ki, bu vərdişlər insanın həm fiziki sağlamlığını, həm də beyin funksiyalarını uzunmüddətli qorumağa kömək edir:

"Sağlam həyat tərzi beyini cavan saxlayan təbii vasitədir. Bu, yaşlanmanı ləngidir və yaddaşı aktiv tutur", – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv