Tatlısesin sərvətinə həbs qoyuldu

Tatlısesin sərvətinə həbs qoyuldu






presstv

"Presstv"az #İbrahim Tatlıses

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Müvəkkilim Ahmet Tatlıses ilə İbrahim Tatlıses arasında gedən məhkəmə prosesi hələ başa çatmayıb."

presstvaz xəbər verir ki, bu barədə Ahmet Tatlısesin vəkili açıqlama verib.

Xatırladaq ki, Ahmet Tatlıses bir müddət əvvəl atası İbrahim Tatlıseslə yaşadığı gərginlikdən sonra onun ruhi vəziyyətindən şübhələndiyini əsas gətirərək məhkəməyə müraciət etmiş və atasına qəyyum təyin olunması üçün iddia irəli sürmüşdü.

Vəkil bildirib ki, İbrahim Tatlısesin xeyrinə qərar çıxarıldığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:

"Hazırda məhkəmə prosesi davam edir. Bundan əlavə, İbrahim Tatlısesin şirkətlərinə məxsus əmlaklara qoyulmuş müvəqqəti məhdudiyyət qərarı da qüvvədə qalır. Növbəti məhkəmə iclası yanvarın 30-da keçiriləcək," – deyə o, qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv