Prokuror “Fənərbağça”nın iki futbolçusunun həbsini tələb edib

Prokuror “Fənərbağça”nın iki futbolçusunun həbsini tələb edib






presstv

"Presstv"az #"Fənərbağça", #Audi, #Futbol, #Hadisə, #Həkim, #İstanbul, #Qalatasaray, #Superliqası, #Türkiyə, #Türkiyə Superliqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbul məhkəməsində keçirilən dinləmə zamanı prokuror “Fənərbağça” klubunun futbolçuları Ceydon Ostervolde və Mert Hakan Yandaşın həbsini tələb edib.

presstvaz “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, məhkəmə iclası Türkiyə Superliqasının ötən mövsüm 37-ci turu çərçivəsində keçirilmiş “Qalatasaray” – “Fənərbağça” oyunundan sonra baş vermiş qalmaqallı hadisələrlə bağlı olub.

Prokuror Ostervolde və Yandaşdan savayı, “Fənərbağça” klubunun həkimi Ertuğrul Karanlık, “Fənərbağça”nın keçmiş meneceri Hulusi Belgü və keçmiş baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın 1 il 3 ay müddətindən 3 il 4 ay 15 gün müddətinə qədər həbsini tələb edib.

Dövlət ittihamçısı adı sadalananların “qəsdən xəsarətlərinin yetirilməsi” və “idman meydanlarında asayişin pozulması və idman qurğularına zərər verilməsi” ittihamları ilə təqsirli bilinməsini istəyib.

Məhkəmə şübhəlilərin vəkillərinə müvəkkilərini müdafiə etmələri üçün vaxt verərək, növbəti məhkəmə iclasını yanvarın 15-nə təyin edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv