Ufuk Turganer: “Kipr məsələsi ədalətli həllini tapmalıdır”

Ufuk Turganer: “Kipr məsələsi ədalətli həllini tapmalıdır”






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bakı, #Gürcüstan, #Müharibə, #Təbrik, #Təhsil, #təyyarə, #Təyyarə qəzası, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Millət olaraq dərin kədər içərisində olduğumuz bu günlərdə Cümhuriyyətimizin 42-ci ildönümü üçün bir araya gəlmişik. Gürcüstandakı təyyarə qəzasında həlak olan əziz şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm”.

presstvaz xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Bakı təmsilçisi Ufuk Turganer ölkə müstəqilliyinin 42-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

O, həmçinin Vətən müharibəsində əldə edilən qələbənin beşinci ildönümü münasibətilə Azərbaycanı təbrik edib:

“Şimali Kipr də 1983-cü ildə qurduğu dövləti ilə müstəqillik və suverenliyindən imtina etmədiyini bütün dünyaya bəyan edib. Biz bütün maneələrə baxmayaraq, haqlı mübarizəmizi əzmlə davam etdirəcəyik. Kipr məsələsi ədalətli həllini tapmalıdır. Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusla çıxış etməsi bizim üçün böyük məsuliyyətdir. Onu da qeyd edim ki, köklü bir təhsil sisteminə malik ölkəmizdə bu gün türk dünyasından 50 min tələbə təhsil alır”.

U.Turganer əlavə edib ki, Şimali Kiprin Azərbaycanla ticari əlaqələri də günü-gündən inkişaf edir:

“Ölkələrimiz arasında münasibətlərdə müşahidə olunan irəliləyiş Azərbaycanın Şimali Kipr Türk Respublikasına dəstəyinin nümayişidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv