Ukraynadakı faciəli əhvalatın təsadüfi sonu

Ukraynadakı faciəli əhvalatın təsadüfi sonu






presstv

"Presstv"az #Ailə, #Almaniya, #Audi, #Avto, #avtobus, #avtomobillər, #Azərbaycan, #Bakı, #Kiyev, #Müharibə, #Nəqliyyat, #Polşa, #Rusiya, #Sərəncam, #Türkiyə, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaşadığım binadan küçəyə çıxan kimi havadakı barıt qoxusunu dərhal hiss elədim. Gecə səhərə kimi şəhərdə diversiya qrupları ilə əsl küçə döyüşləri baş vermişdi. Müharibənin ilk həftələrində Kiyevin gecələri belə keçirdi.

Səhər erkəndən Bakıdan – redaksiyadan bildirmişdilər ki, Kiyevdə təxliyə üçün Türkiyə səfirliyinin qarşısına iki avtobus gələcək. Şəhərdən çıxarılanların 60 nəfəri azərbaycanlılardır, onlardan reportaj eləmək lazımdır.

Mərkəzə yaxın olan küçədə demək olar ki heç kim görünmürdü. Nəinki ictimai nəqliyyat, heç taksilər də işləmirdi. Yaşadığım yerdən Türkiyə səfirliyinə isə, 7-8 kilometrdir. Piyada getməli oldum. Yolun uzunluğundan çox addımbaşı blok-postlardan keçməyin əzab-əziyyəti gözümə dururdu.

Ukraynadakı faciəli əhvalatın təsadüfi sonu

Çantamı çiynimə atıb boş küçələrlə yola düzəldim. İlk qarşıma çıxan Müslüm Maqomayevin heykəlinin arxasındakı blok-post oldu. 50-100 metr qalmış, əvvəlcə məni sakitcə seyr edib gözləyən postdakı ukraynalı hərbçilər (əsasən özünümüdafiə könüllülərindən ibarət), qəfildən uca səslə yerə yatmağımı əmr etdilər. Düşünmədən yerə uzanıb əlimi başımın arxasına apardım. Yaxınlaşanlardan birinin səsindən qadın olduğunu öyrəndim. Onlara dedim ki, atəş açmayın, jurnalistəm, akkreditasiya kartım yaxamda, sinəmin altındadır. Qadın sakitcə qalxıb oturmağımı, artıq hərəkət edəcəyim təqdirdə atəş açacağını qətiyyətlə xəbərdar etdi. Qalxıb oturan kimi sinəmdəki kartı gördülər. İşarəsi ilə boynumdan çıxarıb onlara uzatdım. Yanındakı götürüb nömrəsini əlindəki planşetlər yoxlayıb, bir neçə dəqiqədən sonra geri qaytararaq əlini uzadıb məni qaldırdı. Üzr istəyərək məndən, yoluma davam edə biləcəyimi bildirdi. Qarşıdakı postlara bu barədə məlumat verdilər ki, eyni hal təkrar olmasın deyə.

Bu hal həmin dövr üçün nəinki postlarda, Ukraynanın bütün şəhər və qəsəbələrində adət halını almışdı. Çünki hər yer Rusiya ordusuna məxsus mülkigeyimli diversiya qrupları ilə dolu idi. Əgər mən orada ehtiyatsız bir hərəkət etsəydim, yəqin ki, təşvişdən yaranmış vəziyyətin təsiri ilə açılmış atəşin qurbanı olacaqdım. Necə ki, hər gün bununla bağlı xəbərlər eşidirdim. Yeri gəlmişkən, belə təsadüfi qurbanların arasında azərbaycanlılar da var idi.

Türkiyə səfirliyinin qarşısı müxtəlif vilayətlərdən gələnlərlə dolu idi. Aralarında azərbaycanlılar da var idi. Hamı tez bir zamanda təxliyə olunub ölkədən sağ-salamat çıxmaq istəyirdi. Səfirliyin əməkdaşları təmkinlə hamını sakitləşdirib, yerbəyer etməyə çalışırdılar. Yeri gəlmişkən, həmin vaxt Ukraynadakı Türkiyə səfirliyi həm də azərbaycanlıların ümid yeri idi…

Ukraynadakı faciəli əhvalatın təsadüfi sonu

Az sonra diplomatlardan biri dedi ki, azərbaycanlıların təxliyə olacağı, Türkiyə səfirliyinə məxsus iki avtobus buradan yox, Azərbaycanlılar Radasının ofisi qarşısından yola çıxacaq. Səfirlikdən isə ora nə az, nə çox, 10 kilometr məsafə var idi. Radanın ofisi Kiyevin Qolosevskiy rayonunda yerləşir. Elə orada tanış olduğum azərbaycanlı ailələrdən biri Xarkovdan gəlmişdi. Onlar da o avtobuslarla təxliyə olunmalı idilər, lakin Kiyevi yaxşı tanımırdılar, buna görə də təxliyə ünvanını tapmaqda çətinlik çəkirdilər. Reportaj hazırlamaq üçün Azərbaycanlılar Radasının qarşısına getməli idim. Azərbaycanlı ailəyə də kömək etmək üçün ünvanı tanıdığımı və yolu göstərə biləcəyimi bildirdim, razılaşdılar. Onlara məxsus avtomobilin yük yerinə keçdim. Çünki maşının salonunda yer yox idi. Arxa tərəfdən boylanaraq gedəcəyimiz istiqaməti izah etməyə başladım.

Diaspor ofisinin qarşısı da qələbəlik idi. Xarkovdan, Mariupoldan, Nikolayevdən, Donetsk vilayətindən, hətta Kiyev vilayətinin artıq Rusiya tutduğu hissəsindən qaçıb gələn azərbaycanlılar yükləri ilə birgə avtobuslara növbəyə durmuşdular.

Reportaj hazırlamaq üçün başladım çəkilişlərə. Azərbaycanlıları danışdırır, yükləri, valideynlərinin qucağında yuxuya gedən azyaşlı uşaqları, Ukraynada qalan başçıları ilə gözüyaşlı vidalaşan ailələri çəkirdim. Çünki müharibənin ilk günü prezident Volodimir Zelenskinin imzaladığı sərəncama görə 18 yaşdan 60 yaşa qədər Ukrayna vətəndaşı kişilər ölkəni tərk edə bilməzdilər. Amma sonradan bu yaş kateqoriyasından olan və yerli millətə məxsus xeyli sayda kişi müxtəlif yolla ölkədən çıxmağı bacardı.

Çəkilişimlə məşğul idim, bu zaman arxadan kimsə mənə yaxınlaşdı. Çevrildim ki, iki nəfər ortayaşlı ukraynalıdır. Əllərinin işarəsi ilə bir az aralıda ikifurqonlu, avtomobillərini göstərib dedilər ki, arvad-uşaq və yük ilə dolu olan bu avtomobillər onların ailələridir:

­- Hər tərəf diversiya ilə doludur, bilirsiniz ki şəhərin dörddə üç tərəfini ruslar demək olar ki tutublar, tək çıxa bilmirik. Görürəm siz azərbaycanlı jurnalistisiniz. Sizin ölkənin bayrağından əldə etmək istəyirik. Bayraqları maşınların qarşısına yapışdırmaq istəyirik ki, bizə atəş açmasınlar. Bir də, sizinkilər icazə versəydi elə bu avtobusların ardınca Kiyevdən çıxardıq. Düşünmədən, əlbəttə deyib, maşınlarının yanında məni gözləmələrini bildirdim. Sonra diasporun ofisinə gedib iclas salonunda masanın üstündən iki balaca ölçüdə olan Azərbaycan bayrağını götürüb geri qayıtdım. Onlara yaxınlaşıb bayrağı verəndə, maşınların birindən düşən yaşlı qadın (deyəsən hansınınsa anası idi) kövrəlib məni qucaqlayıb, sonra da oğlunun əlində maşına yapışdırdığı Azərbaycan bayrağını öpərək dayanmadan təşəkkür etməyə başladı. Razılaşdıq ki, Kiyevdən uzaqlaşandan sonra bayraqları avtobusdakı azərbaycanlılara geri versinlər.

Ukraynadakı faciəli əhvalatın təsadüfi sonu

Onları avtobus sürücüləri ilə tanış etdim ki, bizimkilərin ardınca Kiyevdən çıxa bilsinlər.

Reportajımı bitirən kimi, şəhərin mərkəzinə gələn həmyerlilərimdən birinin avtomobilinə minib heç olmasa evə doğru yolu yarı etməyə qərar verdim. Mərkəzi dəmir yolu vağzalının yanında keçəndən buranı qələbəliklə dolu gördüm. Bura hər ölkədən çıxmağa axın edən adamlarla dolu idi. Vağzalın qarşısı təxminən bir kilometr məsafədə insan seli ilə tutulmuşdu. Qəfil başlayan müharibənin ilk günündən Kiyev dəmir yolu vağzalı da fəaliyyətini dayandırmışdı. Heyətin çoxu çıxıb getmişdi. Qatarlardan hansı üzü qərbə doğru çıxa bilirdisə, adamlar da ona minib gedirdilər.

Həmyerlimdən məni elə burada düşürməyi xahiş edib ondan ayrıldım. Həmin gün vağzala bu qədər axının səbəbi Kiyev vilayətinin Rusiya tərəfindən tutulan Buça və Hostomel şəhərlərindən “yaşıl dəhlizin” açılması idi. Bir yandan da mart ayının soyuğu adamı qılınc kimi kəsirdi.

İnsan selini yararaq vağzala yaxınlaşdım. Polislər, müdafiə hissələrinin əsgərləri insanları tələsdirməyə çalışırdılar ki, hər an bura artilleriya zərbəsi ola bilər. Bu da kütləvi insan itkisi demək idi.

Çətinliklə içəri girə bildim. Vağzalın içində hamı qatar gözləyirdi. Hansı qatar yola düşəcəksə, fərq eləmirdi, ona minib gedirdilər.

Eskalatorun yaxınlığında, yanında 7-8 yaşlarında, təkərli çamadanın üstündə sakitcə oturub əllərini çənəsinə qoyan oğlan uşağı diqqətimi çəkdi. Yaxınlaşıb salamlaşdım. Könülsüz cavab verirdi. Cibimdə olan 2-3 şokoladı çıxarıb ona uzatdım. Tərəddüd edib, sonra götürdü, dərhal yeməyə başladı.

– Adın Nədir?

– Daniel..

– Haradan gəlmisən?

– Buçadan..Siz kimsiniz?

– Jurnalistəm, Azərbaycandanam… – deyib, yaxamdakı kartı göstərib davam etdim:

– Hanı valideynlərin?

– Anam vardı… Onu da üç gündür tapmırıq. Məni buraya xalam çıxarıb gətirdi. Gedib qatara baxmağa, onu gözləyirəm. Anamın harada olduğunu hələ də bilmirəm… – davam edə bilməyib kövrəldi. Uşağın düşdüyü vəziyyət mənə çox pis təsir etdi. Əlimdəki çantanı yerə atıb, aşağı əyilib onu qucaqladım və qeyri-ixtiyari qulağına “Əmin ol, uzağı iki günə ananla görüşəcəksən. Baxarsan!” deyəndə çönüb üzümə heyrətlə baxdı. Elə bu vaxt adamların arasından bir qadın çıxıb Danieli götürüb qatarlara doğru apardı. Hiss olundu ki, xalasıdır… Mən isə qayıtdım çəkilişlərimə davam elədim.

May ayı o qədər isti gəlmişdi ki, Kiyevdə yarım saat bayırda dayanmaq olmurdu. Kiyevin ətrafında Belaya Tserkov rayonundan qayıdırdım. Artıq iki ay idi Rusiya ordusu Kiyev ətrafından, ümumiyyətlə Ukraynanın şimalından çəkilib getmişdilər. Geriyə qalan ətrafdakı xarabalıqlar, dağıdılmış körpülər, yol kənarındakı partladılmış maşınlar qalmışdı. İdarə etdiyim avtomobilin sürətini artırdım ki, yolkənarı bir yanacaqdoldurma məntəqəsinə çatım. Özüm də möhkəm susamışdım.

Çatan kimi, içəri girib tez vitrindən bir su götürüb ödəniş etməmiş başıma çəkdim. Gözümə işıq gəldi. Geri çevriləndə qadın və uşaqlarla üzləşdim. Uşaqlardan biri gözünü güllə kimi üzümə zilləyib qəfildən bağırdı:

– Ah! Bu, odur. Azərbaycanlı jurnalist. Ana xatırlayırsanmı? – deyib, ardınca dil qəfəsə qoymadan başladı nəsə danışmağa. Yaxınlaşıb salamlaşdım. Ortayaşlı bir qadın xilaskar bir sima ilə tanışlıq vermədən minnətdarlıq etməyə başladı.

Bu, Daniel və onun anası Ruslana idi. Həmin gün Kiyevdən xalası ilə birgə qatara minən Daniel, elə düz iki gün sonra Polşa-Almaniya sərhədində yerləşən qaçqın düşərgəsində anası ilə rastlaşır.

Məlum olur ki, rusların ani hücumu Buçada da elə çaxnaşma yaradıb ki, işdən evə qayıda bilməyən ana, başqa bir dəstəyə qoşulub şəhərdən Kiyevə doğru çıxır. Həmin günlər rabitə və digər kommunikasiya dağıldığı üçün heç kimlə də əlaqə yarada bilmir. Yalnız bir müddət sonra, Almaniyaya çatanda bacısı ilə əlaqə yaradıb bir-birini, əsasən də yeganə oğlu Danieli tapa bilir. Ən maraqlısı da odur ki, Ruslana Almaniyaya çatanda, ona yerli hökumətin siyahıyaalmasına qədər ilk sığınacaq verən də orada yaşayan bir azərbaycanlı olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv